QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gecə boyu silah səsləri susmayıb

© Sputnik / Murad OrujovCело Гапанлы Тертерского района, фото из архива
Cело Гапанлы Тертерского района, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub

BAKI, 24 may — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 100 dəfə pozub. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xitmədindən məlumat verilib.

ATƏT-in cəbhə xəttində monitorinqi - Sputnik Azərbaycan
QARABAĞ
Atəşkəsin 24 illiyi: Qarabağ hələ də qayıtmayıb...

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti
0