QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Minsk Qrupunun həmsədləri Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yaydılar

CC BY-SA 2.0 / ogannes / AskeranКрепость в оккупированном Арменией городе Аскеран, фото из архива
Крепость в оккупированном Арменией городе Аскеран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəyanatda qeyd olunur ki, nazir və həmsədrlər sülh prosesini irəlilətmək üçün mümkün variantları müzakirə ediblər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədləri ATƏT-in şəxsi nümayəndəsi ilə birgə Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıb. 

Bəyanatda qeyd olunur ki, nazir və həmsədrlər sülh prosesini irəlilətmək üçün mümkün variantları müzakirə ediblər. ATƏT-in şəxsi nümayəndəsi nazir və həmsədrləri təmas xəttindəki nisbi sabit vəziyyətə dair məlumatlandırıb. Məmmədyarov Azərbaycanın aktiv danışıqlara mümkün qədər tez bir zamanda başlamağa hazır olduğunu bildirib.

Həmsədlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini bildiriblər.

Xəbər lenti
0