Xarici işlər naziri E.Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşür

Məmmədyarov Parisdə Minsk qrupunun həmsədrləri ilə görüşür

29
(Yenilənib 15:55 15.05.2018)
Hikmət Hacıyev: "Azərbaycan münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazırdır"

BAKI, 15 may — Sputnik. Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) arasında görüş başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı öz "Twitter" səhifəsində Azərbaycan xarici işlər nazirinin rəsmi nümayəndəsi Hikmət Hacıyev paylaşıb.

"Xarici işlər naziri E.Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşür. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur. Azərbaycan münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazırdır", — deyə Hacıyev qeyd edib.

29
Teqlər:
xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Paris, Fransa, Azərbaycan, görüş
Əlaqədar
Cəbhədə gərginlik: Minsk Qrupunun həmsədrləri bəyanat yaydı
Minsk qrupunun həmsədrləri bəyanat verdilər
Elmar Məmmədyarov: "Təəssüf ki, Minsk Qrupunun sülhyaratma prosesi nəticəsiz qaldı"
Azərbaycan XİN-dən ATƏT-in Minsk Qrupunun həmsədrinə sərt etiraz