QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

BMT Baş katibi Dağlıq Qarabağ nizamlanması barədə nə dedi?

© REUTERS / Brendan McDermidЗаседание Совета Безопасности ООН, посвященное ситуации на Ближнем Востоке, Нью-Йорк, 8 декабря 2017 года
Заседание Совета Безопасности ООН, посвященное ситуации на Ближнем Востоке, Нью-Йорк, 8 декабря 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
BMT danışıqları yolu ilə Qarabağ münaqişəsinin nizama salması üzrə ATƏT-in Minsk qrupunun səylərini qətiyyətlə və ardıcıllıqla dəstəkləyir

BAKI, 12 may — Sputnik. BMT baş katibi Antoniu Quterreş baş nazir seçilməsi münasibəti ilə Nikol Paşinyana göndərdiyi təbrik teleqramında Dağlıq Qarabağ nizamlanmasında irəliləyişə nail olunacağına ümid etdiyini bildirib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

"Ümid edirəm ki, nizamlanma üçün çox həssas olan bu dövrdə bu səylər daha da güclənəcək və son nəticədə davamlı sülhün bərqərar olmasına və Cənubi Qafqaz regionunun bütün xalqlarına çiçəklənməni təmin edəcək müsbət nəticələrin əldə olunması ilə nəticələnəcək. BMT danışıqları yolu ilə Qarabağ münaqişəsinin nizama salması üzrə ATƏT-in Minsk qrupunun səylərini qətiyyətlə və ardıcıllıqla dəstəkləyir", — deyə BMT baş katibinin təbrik teleqramında qeyd olunur.

Quterreş Paşinyanın rəhbərliyi ilə Ermənistan hökumətinin xalqın islahatlar, həmçinin hüquq institutlarının möhkəmləndirilməsi və demokratiya dair gözləntilərini doğrulacağına, eləcə də sosial-iqtisadi çağırışlarla mübarizədə səylər göstərəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti
0