Şuşa şəhəri

Ermənilər gözəllər gözəlini Qarabağdan didərgin saldılar...

963
(Yenilənib 22:26 01.05.2018)
Qarabağ həsrətli xarı-bülbül, sən demə təkcə Şuşada bitmirmiş

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Vətən bağı al-əlvandır, yox içində xarı-bülbül…

Dünyanın heç bir yerində rast gəlinməyən bu gül tanrının bizə göndərdiyi ən böyük möcüzələrdən biridir. Onun haqqında rəvayətlər, nağıllar mövcuddur. Zaman-zaman şairlərin, yazıçıların, musiqiçilərin ilham mənbəyi olan bu unikal çiçək məhz bu torpağa — Azərbaycana məxsusdur.

Qax rayonunun Qaratala kəndində bitmiş xarı-bülbül
© Sputnik / Shahperi Abbasova
Qax rayonunun Qaratala kəndində bitmiş xarı-bülbül

Əsrarəngiz xarı-bülbülün adı Qarabağın, Şuşanın adı ilə qoşa çəkilir. Çünki Qarabağ onun vətəni hesab edilir. Hər kəs bu gülün təkcə Qarabağda bitdiyini bilir. Amma, sən demə, xarı-bülbülə Zaqatala — Qax bölgəsində də rast gəlmək mümkündür.

Qax rayonunun Qaratala kəndində bitmiş xarı-bülbül
© Sputnik / Shahperi Abbasova
Qax rayonunun Qaratala kəndində bitmiş xarı-bülbül

Sputnik Azərbaycan-a danışan Qax rayonunun Qaratala kənd sakini Şamama Abbasova deyir ki, əvvəllər kəndlərindəki meşədə bu gülü görsələr də, xarı-bülbül olduğunun fərqinə varmayıblar: "Qarabağ işğal olunan vaxtlar idi. Kəndimizdə məskunlaşmış, Ağdamın Mərzili kəndindən olan məcburi köçkün Zöhrə İsmayılova dedi ki, xarı-bülbül ancaq Şuşada bitir. Mən onunla mübahisə etmədim, xarı-bülbülü gətirib ona verəndə qadın gülü qucaqlayıb hönkürtü ilə ağladı. Gülə dedi ki, "sən də ermənin əlindən qaçıb bura gəldin?"".

Həmsöhbətimiz qeyd edir ki, indi Qaxda xarı-bülbülə çox az rast gəlinir: "Təəssüf ki, bu torpaqlarda da bu gül azalıb. Əvvəllər indikinə nisbətən daha çox görərdik".

Biologiya elmləri namizədi, İlisu dövlət qoruğunun baş elmi işçisi Tahirə Abdullayeva da mövzu ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşür. O, xarı-bülbüllə bağlı hələ illər əvvəl elmi işində yazmaq istədiyini bildirir.

"Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun dissertantı olaraq Qax rayonunun florası haqqında elmi iş yazdım. 1996-cı ildə elmi işimi müdafiə edəndə yığdığım bitkilərin içərisində xarı-bülbül bitkisi də var idi. Mən həmin bitkinin Qaxda bitməsi ilə bağlı akademik Vahid Hacıyeva məlumat verdim" — deyir T.Abdullayeva.

"Lakin, rəhmətlik akademik Cəlal Əliyev bu bitkini elmi işimə daxil etməyə icazə vermədi, dedi ki, bu gül yalnız Şuşadadır. Mənə 3 gün vaxt verdilər. AMEA Botanika İnstitutunun məlumat Herbarisində yoxladım və akademiklər Vahid Hacıyev və Cəlal Əliyev də həmin bitkinin xarı-bülbül olduğunu təsdiqlədilər", — deyə T.Abdullayeva əlavə edir.

Qax rayonunun Qaratala kəndində bitmiş xarı-bülbül
© Sputnik / Shahperi Abbasova
Qax rayonunun Qaratala kəndində bitmiş xarı-bülbül

Bioloq alim xarı-bülbülün kökünün kəsiləcəyindən narahatdır: ""Xarı-bülbül təhlükədədir" mövzusunda mətbuatda çıxışım olub. Mən bir bioloq kimi bu gülün məhv olmasından çox narahatam".

Şuşanın adı dillərdə dastan olan əsrarəngiz gözəlini — xarı-bülbülü görmək istəyənlər Qaxa gələ bilərlər. Amma hər bir azərbaycanlının ən böyük arzusu bu ecazkar çiçəyi elə öz vətənində — Qarabağda, Şuşada görməkdir.

963
Teqlər:
xarı-bülbül, vətən, təbiət, Qax, Şuşa, Qarabağ
Əlaqədar
“Xarı bülbül”ün təqdimatı keçirildi
Kəlbəcər, arxiv şəkli

Ermənistanın ekoloji cinayətləri - işğal olunmuş ərazilərdə məhv edilmiş flora fauna

13
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev : İşğal olunmuş ərazilərimizdə 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.

BAKI, 20 oktyabr — Sputnik. Erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev "Beynəlxalq bitki sağlamlığı ili"nə həsr olunmuş bitki sağlamlığı və elmi tədqiqatlar" mövzusunda regional tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir:

"İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların florası barədə geniş məlumatlar yoxdur. Bunu nəzərə alaraq, həmin ərazilər tezliklə işğaldan azad olunandan sonra nadir və nəsli kəsilməkdə olan flora növlərinin araşdırılmasına başlanılacaq. Bu məqsədlə Azərbaycan Respublikası "Qırmızı Kitabı"nın III nəşrinin hazırlanması və nəşri planlaşdırılır".

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Bu günədək Azərbaycanın onlarla yaşayış məntəqəsi işğaldan azad edilib. Lakin təəssüflə qeyd etməliyik ki, ermənilər işğal etdikləri ərazilərdəki hər şeyi, eləcə də flora və faunanı məhv ediblər.

13
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik kəsəcəyik!

47
(Yenilənib 22:01 20.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

BAKI, 20 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə keçirilən növbəti iclasdan sonra verdiyi açıqlamasında Azərbaycana yenə də dəstək mesajı ünvanlayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

O, həmçinin, vurğulayıb ki, Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər Türkiyəyə dəstək üçün üz tutan hər kəsə kömək əli uzadılıb və bu, davam edəcək:

"Ölkəmizin də daxil olduğu coğrafiyada yaşananlara baxdığımızda Türkiyənin uzun illərdən bəri mübarizələrə ev sahibliyi etdiyini görürük. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik".

47
Əlaqədar
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Ərdoğan afrikalılara müraciət etdi: "Azərbaycanın yanında olacağınızı düşünürəm"
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ərdoğan: Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik
Ərdoğan nazirləri toplayır, Qarabağdakı durum müzakirə olunacaq
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0