Cəbhə bölgəsi

Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var

2486
(Yenilənib 17:52 16.04.2018)
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbi qulluqçusu həlak olub

BAKI, 16 aprel — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbi qulluqçusu həlak olub. İnsident Qarabağ münaqişə zonasının şimal istiqamətindəki hərbi hissələrdən birində baş verib.

Sputnik Ermənistan-ın məlumatına görə, Qarabağ münaqişəsi zonasının şimal istiqamətində yerləşən erməni hərbi hissələrindən birində, bazar günü yerli vaxtla saat 19.15-də həqiqi hərbi xidmətdə olan, 1998-ci il təvəllidlü Alek Karapetyan odlu silahdan açılan atəş nəticəsində yaralanıb. O, aldığı yaradan həlak olub.

Məlumata görə, əsgər hərbi hissədə baş verən insident zamanı odlu silahdan xəsarət alıb. Hadisənin təfərrüatı araşdırılır.

2486
Teqlər:
həlak, insident, hərbi qulluqçu, Dağlıq Qarabağ, hərbi hissə, Azərbaycan, erməni
Əlaqədar
Ermənistan paytaxtında cəhənnəm yaşanır
Ermənistanı kütləvi iğtişaşlar bürüyüb, etirazçılar dövlət idarələrini ələ keçirirlər
Aygün Attar: “Erməniçilik insanlıqdan uzaq davranışların məcmusudur”
Ermənistan parlamentini “yandırdılar”: Sarqsyana qarşı etirazlar böyüyür - VİDEO