Cəbhə bölgəsi

Ermənistan təxribat törətməkdə davam edir

19
(Yenilənib 10:21 11.04.2018)
Cəbhə bölgəsində atəşkəs rejimi pozulub

BAKI, 11 aprel — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

19
Teqlər:
atəş, Ermənistan, cəbhə, silahlı qüvvələr
Əlaqədar
Erməni tərəfi yenidən atəşkəs rejimini pozub
Düşmən sutka boyu atəşi dayandırmayıb

Fikrət Sadıxov: “Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi”

4
(Yenilənib 08:28 23.10.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur
Fikrət Sadıxov: “Azərbaycan artıq status-kvonu qəbul etmir”

“Baza prinsiplərinə gəldikdə, orada hər şey aydın şəkildə yazılıb. Azərbaycanın işğal olunmuş rayonlarının mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur”. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan uzun illər danışıqlar masasında münaqişənin həlli üçün çalışıb:

“Münaqişənin həlli üçün təqdim olunan baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur. Amma Ermənistan aşkar şəkildə bundan imtina etdi. Ermənistan hakimiyyəti seperatçı rejimi danışıqlar masasında görmək istəyirdi. Ancaq bu, Azərbaycan üçün qəbuledilməz idi. Münaqişənin həlli prosesi hərbi müstəviyə keçib və Azərbaycan artıq status-kvonu qəbul etmir. Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi. Azərbaycan torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Füzuli, Cəbrayıl Qubadlı istiqamətlərində vacib ərazilər ələ keçirilib

94
Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

BAKI, 23 oktyabr - Sputnik. Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.

94
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə