Bakı

Məşhur rusiyalı general Bakıda: Mövzu Dağlıq Qarabağdır

124
(Yenilənib 16:03 03.04.2018)
Dağlıq Qarabağın hərbi komendantı 30 il əvvəlki hadisələrdən danışacaq

BAKI, 3 aprel — Sputnik. 30 il əvvəl, elə bu günlərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) sonralar uzunmüddətli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə çevrilən hadisələr baş verməyə başlamışdı. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, indiyədək həmin dövrdə baş verən hadisələr kəskin diskussiyaların obyekti olaraq qalır.

DQMV-də xüsusi vəziyyət rayonunun ilk komendantı, hazırda Rusiyada yaşayan general-mayor Vladislav Safonov olub. O, bu vəzifəni 1988-ci ilin mayından 1990-cı ilin dekabrınadək tutub. Safonovun şəxsi iştirakı ilə çox çətin şəraitdə sabitliyi qoruyub saxlamaq və böyük qan tökülməsinin qarşısını almaq mümkün olub.

Bu münaqişə necə inkişaf edib və belə bir vəziyyətdə əməliyyat şəraitinə nəzarəti təmin etmək necə mümkün olub? Bu barədə aprelin 4-ü saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Vladislav Safonov danışacaq.

Əlaqə üçün

Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

e-mail: i.velizade@rian.ru

124
Teqlər:
general-mayor Vladislav Safonov, DQMV, Dağlıq Qarabağ Muxtar Vilayəti, komendant, Sputnik Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan, Rusiya, Azərbaycan
Əlaqədar
Rusiya prezidentliyinə namizəd Dağlıq Qarabağdan danışdı
Avstriyadan Dağlıq Qarabağla bağlı tarixi addım
ABŞ-dan Dağlıq Qarabağda böyük müharibə anonsu
Niderlandda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
Fransa prezidentindən Dağlıq Qarabağ problemi barədə önəmli bəyanat
Ermənistanın Baş naziri Nikol Paşinyan, arxiv şəkli

Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"

904
(Yenilənib 14:06 14.08.2020)
"Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın BBC telekanalında yayımlanan "Hardtalk" verilişində qonaq olub. Sputnik Azərbaycan xəbər verir ki, erməni nazir verilişin aparıcısı Stiven Sakurun suallarına cavab verməyə çətinlik çəkib.

Ermənistan Baş naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən verilişin aparıcısı Stiven Sakur Paşinyana irad bildirərək qeyd edib: "Niyə ötən ilin avqustunda siz Dağlıq Qarabağa, Stepanakertə (Xankəndi – red.) gedərək çıxışınızda "Artsax (Oranı siz belə adlandırsınız) Ermənistandır. Nöqtə", daha sonra isə "birləşmə"yə dair millətçi şüarlar səsləndirdiniz. Bu Azərbaycana qarşı açıq təxribat idi".

Aparıcıya cavab verməkdə çətinlik çəkən Paşinyan "Artsax" adının bir neçə min il yaşı olması barədə sayıqlamağa çalışıb. Bu dəfə də Ermənistanın Baş nazirinin sözünü kəsən aparıcı Stiven Sukar: "Biz sizin tarixinizin minilliklərinə nəzər yetirə bilmərik, amma biz bu günümüzün reallığına nəzər yetirə bilərik deyib".

"Sizin də yaxşı bildiyiniz kimi, BMT Baş Assambleyası qətnamə qəbul edib və bu qətnamə bütün Ermənistanın Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan Respublikasının işğal altında olan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa görə, sizin qoşunlarınız işğalçı qoşunlardır. Siz isə oraya gedib deyirsiniz ki, bu ərazi sizindir. Açıq-aydındır ki, siz sülh adamı deyilsiniz", - Stiven Sukar söyləyib.

Bundan sonra Paşinyan yenə qeyd edib ki, guya Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirib və münaqişə bu andan başlayıb.

"Hardtalk" verilişinin aparıcısı daha sonra Ermənistan Baş nazirinin hakimiyyətə gəldiyi vaxt sülh nail olacağına dair verdiyi sözü necə yerinə yetirməsi ilə maraqlanıb: "Məsələn, mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa yol çəkir. Bu yol Azərbaycan ərazisindən keçir. Brüsseldə olan və Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu plana baxıblar və onu beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər. Bunun Qarabağın qanunsuz işğalının möhkəmləndirəcəyini bildiriblər. Siz bu yolun tikintisini dayandıracaqsınızmını?"

Bu suala cavab tapmayan Paşinyan sadəcə yolun Ermənistan hökuməti tərəfindən tikilmədiyini iddia edib.

Verilişin aparıcısı Paşinyana "münaqişə məsələsində Ermənistanın millətçilik mövqeyində, təqdim etdiyi strategiyada, açığını desək, əhəmiyyətli sülh elementinin olmadığını bildirib: "Siz öz sələfləriniz kimi görünürsünüz, siz fərqli görünmürsünüz. Erməni xalqı üçün xüsusi əhəmiyyətə malik bu məsələdə masaya başqa bir şey qoymağınızın sübutu hanı?"

Ermənistan Baş naziri isə bu suala cavabında ölkəsinin guya millətçilik mövqeyindən çıxış etmədiyini qeyd edib.

Stiven Sukar Paşinyana xatırladıb ki, hakimiyyətə hüquq müdafiəçisi kimi jurnalist karyerasından gəlib və hətta bir müddət siyasi məhbus kimi həbsxanada da olub: "Siz insan haqlarının da qeydinə qalırsınız. Mənə maraqlıdır, Azərbaycana müraciət edib və öz sələflərinizdən fərqli olduğunuzu göstərə bilərsiniz? İndi siz ötən əsrin 80-ci illərin sonlarında, 90-cı illərində Ermənistan qüvvələrinin Dağlıq Qarabağın daxilində insan haqlarının pozulması ilə bağlı bir sıra ciddi hərbi cinayətlər törətdiyini deməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər bu cinayətlərin kataloqunu formalaşdırıb. Siz indi onları tanımağa və daha artığı - buna görə üzr istəməyə hazırınızmı?"

Paşinyan bu suala cavab verməkdən yayınıb.

"Hardtalk" verilinin aparıcısı yenidən Paşinyandan soruşub: "Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"

Bundan sonra Paşinyan yenə sualdan yayınmağa çalışanda aparıcı onun sözünü kəsərək qeyd edib: "Aydındır ki, siz "üzr istəyirəm" deməyəcəksiniz".

Daha sonra isə BBC-nin aparıcısı qeyd edib: "Mənə sadəcə maraqlıdır. Hiss edirsinizmi ki, koronavirus pandemiyası (COVID-19) ilə bağlı sizin hökumətinizə olan müəyyən diqqəti və təzyiqi azaltmaq, aradan qaldırmaq üçün hazırda sizə Dağlıq Qarabağda Azərbaycanla olan gərginliyi artırmaq faydalıdır? Çünki səmimi olsaq, sizin hökumətinizin pandemiya ilə mübarizəsinə baxsaq, bunu uğur adlandırmaq olmaz. Bu sizin hökumətiniz üçün fiasko idi".

904
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan üçün ən böyük təhlükə Paşinyan hakimiyyətinin siyasətidir"
Ermənistanda gözlənilməz istefalar
Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"
XİN: Ermənistanın mövqeyi danışıqlardan qaçmaq kimi qiymətləndirilməlidir
BMTM sədri: "Nikol Paşinyanın fikirləri bir-birinə ziddiyyət təşkil edir"
Paşinyan: "Bakı ilə danışıqların alternativi yoxdur"
Pulemyot patronları, arxiv şəkli

Ermənistan ordusu bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub

755
(Yenilənib 09:43 14.08.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub

BAKI, 14 avqust — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

755
Almaz Ələsgərli, arxiv şəkli

Əməkdar artist efirdə erməni mahnısı oxuyub

0
(Yenilənib 15:46 14.08.2020)
Müğənninin ifa etdiyi mahnı sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onların böyük bir qismi müğənninin bu addımını tənqid edib

BAKI, 14 avqust — Sputnik. Əməkdar artist Almaz Ələsgərli erməni bəstəkarı Vigen Şakaryanın bəstələdiyi və Artur Amiryanın ifa etdiyi "Da zdravstvuet lyubov" adlı mahnını şoumen Emil Heydərovla birlikdə ifa ediblər. Müğənni sözügedən mahnını Atv, Xəzər kanallarında ifa edib.

Qeyd edək ki, müğənninin ifa etdiyi mahnı sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Onların böyük bir qismi müğənninin bu addımını tənqid edib. Digər bir qismi isə "sənətin vətəni olmur", "onlar bizim mahnıları oğurlayıblar, bizimkilər də onların mahnısını ifa etsinlər" kimi fikirlər səsləndiriblər.

0
Əlaqədar
Azərbaycanlı Mokvada qazanc yolunu tapıb
Mən köynəkdə doğulmuşam: Roza Zərgərli COVID-19-u necə keçirdiyini bilməyib
Aygün erməni həmkarıyla qucaqlaşıb oxudu, dedilər, Qarabağ "qayıtdı" - VİDEO
Azərbaycanlı bloger rus müğənni Yeqor Kridlə sevgili olmasına aydınlıq gətirib
Azərbaycanlı qardaşlar Rusiya səhnəsinə qayıtdılar