QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda ölən minaaxtaranların adları məlum oldu

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidPartlayış, arxiv şəkli
Partlayış, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın işğal olunmuş ərazilərində Böyük Britaniyanın "HALO Trust" təşkilatının 3 əməkdaşı mina partlayışı nəticəsində ölüb

BAKI, 29 mart — Sputnik. Azərbaycanın işğal olunmuş ərazilərində Böyük Britaniyanın "HALO Trust" təşkilatının 3 əməkdaşı mina partlayışı nəticəsində ölüb.

Sputnik Ermənistan-ın məlumatına görə, təşkilatın Xankəndindəki ofisindən ölən və yaralananların adları açıqlanıb. Minaaxtaranlar Pavel Akopov, Samson Avanesyan və Marat Petrosyan hadisə yerindəcə ölüblər. Digər iki minaaxtaran Aram Mkrtçyan və Qarik Qoxiryan isə yaralanıblar. Yaralananlar hazırda xəstəxanadadırlar. Onlardan birinin vəziyyəti ağır, digərininki isə qənaətbəxş hesab olunur.

"Biz istintaqın bütün detalları barədə məlumat almaq üçün polislə və istintaqla yaxından əməkdaşlıq edirik" — deyə təşkilatın məlumatında bildirilir.

Hadisə Ağdərə rayonunda ərazinin minalardan təmizlənməsi əməliyyatı zamanı baş verib. Martın 29-da içində mülki şəxslərin olduğu "Niva" markalı avtomobil minaya düşərək partlayıb. Ölən və yaralananlar Qarabağ sakinləri olan ermənilərdir.

Xəbər lenti
0