ATƏT-in avtomobiləri təmas xəttində

Növbəti monitorinqin yeri vaxtı bilindi

36
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

BAKI, 14 mart — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 15-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

36
Əlaqədar
Monitorinq insidentsiz başa çatıb
Monitorinq baş tutub
Qazax rayonu istiqamətində monitorinq gözlənilir
Hərbi təhsil müəssisələrində monitorinq keçirilib
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov həmsədrlərlə telefofonla danışıb

0
(Yenilənib 19:25 28.10.2020)
ATƏT-in Minsk Qrupu həmsədrləri mülki şəxslərin həyatını itirməsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Bölgədəki gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

BAKI, 28 oktyabr - Sputnik. Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiyadan İqor Popov, ABŞ-dan Andrew Schofer və Fransadan Stefan Viskonti ilə telefon danışıqları baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a XİN-in Mətbuat Xidmətindən bildirilib.

Nazir Ceyhun Bayramov həmsədrlərə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin bir daha kobud şəkildə pozulması barədə məlumat verib. O, 27-28 oktyabr 2020-ci il tarixlərində Bərdə şəhərində dinc Azərbaycan əhalisinin məqsədyönlü şəkildə hədəf alındığını vurğulayıb. Nazir Ermənistan silahlı qüvvələrinin münaqişə bölgəsindən uzaqda yerləşən şəhərlərdəki günahsız mülki şəxslərə, o cümlədən uşaqlara və qadınlara xaincəsinə hücum etdiyini bildirib. Nazir Ceyhun Bayramov, həmçinin həmsədrlərə Ermənistan tərəfindən növbəti dəfə törədilən hərbi cinayət nəticəsində mülki əhali arasında ağır tələfat barədə məlumat verib.

Nazir Ceyhun Bayramov həmsədrləri Azərbaycan mülki vətəndaşlarına qarşı bu qeyri-insani hərəkətləri pisləməyə çağırıb.

ATƏT-in Minsk Qrupu həmsədrləri mülki şəxslərin həyatını itirməsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Bölgədəki gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Bu gün həmçinin Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı C.Bayramov Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini kobud şəkildə pozaraq razılaşdırılmış humanitar atəşkəs rejiminə üçüncü dəfə riayət etmədiyini, eyni zamanda Bərdə şəhərində dinc Azərbaycan əhalisini qəsdən hədəfə aldığını vurğulayıb. O, münaqişə zonasından çox uzaqda yerləşən şəhərlərin uşaqlar və qadınlar da daxil olmaqla, günahsız mülki əhalinin Vaşinqton görüşündən sonra və nəzərdə tutulan Cenevrə danışıqları ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə hücumlara məruz qaldığını qeyd edib.

Nazir həmçinin həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumu nəticəsində mülki şəxslər arasında olan itkilər barədə məlumat verib.

S.Biqan mülki itkilərdən ciddi narahatlığını dilə gətirib və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirib. O, gərginliyin azaldılmasının və münaqişənin siyasi həllinə nail olmaq üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini vurğulayıb.

0

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

47
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

47
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə