QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ordumuzdan düşmənə ağır zərbə: ölən və yaralananlar var

© AR Ministry of DefenseCəbhəboyu zonada yerləşən poliqonlarda komanda-qərargah hərb oyunlarının döyüş atışlı mərhələsi
Cəbhəboyu zonada yerləşən poliqonlarda komanda-qərargah hərb oyunlarının döyüş atışlı mərhələsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb

BAKI, 8 fevral — Sputnik. "Cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb".

Bunu Sputnik Azərbaycan-a, Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın, guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edərkən Müdafiə Nazirliyindən bildiriblər.

"Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir" — nazirlikdən qeyd olunub.

Xəbər lenti
0