Nursultan Nazarbayev

Nazarbayevin qudasından Azərbaycana "arxadan zərbə"?

11083
(Yenilənib 22:51 02.02.2018)
Qazaxıstan səfirliyi: "Qazaxıstanlı iş adamı Kayrat Boranbayev heç vaxt Dağlıq Qarabağı ziyarət etməyib"

BAKI, 2 fevral — Sputnik. "Forbes Qazaxıstan" bu günlərdə qazaxıstanlı iş adamı, "Ermənistanın inkişafı təşəbbüsü" fondunun (IDaA) tərəfdaşı və donorlarından biri olan Kayrat Boranbayevin, Azərbaycanın işğal olunmuş Şuşa şəhərindəki "Yuxarı Gövhər ağa" məscidinin bərpası üçün vəsait bağışlamaq niyyətini ifadə etdiyi barədə məlumat yayıb.

Ümummilli lider Heydər Əliyev və hazırkı prezident İlham Əliyev tərəfindən türk dünyasının ağsaqqalı adlandırılan və hər zaman Azərbaycanda böyük rəğbətlə qarşılanan Nursultan Nazarbayevin qudası olan qazax biznesmeninin bu təşəbbüsü Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı səviyyəsini nəzərə alanda anlaşılan deyil.

Bu məsələyə aydınlıq gətirmək üçün Sputnik Azərbaycan Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə müraciət edib. Səfirlikdən bildiriblər ki, onlarda olan yoxlanılmış məlumata görə, qazaxıstanlı iş adamı Kayrat Boranbayev heç vaxt Dağlıq Qarabağı ziyarət etməyib: "Həmçinin orada hər hansı layihənin maliyyələşdirilməsini həyata keçirməyib və planlaşdırmayıb".

Yuxarı Gövhər ağa məscidi
© Photo : Forbes
"Yuxarı Gövhər ağa" məscidi

Bu məsələni Sputnik Azərbaycan-a məşhur qazax politoloqu, "Kto yest kto v Kazaxıstane" ("Qazaxıstanda kim kimdir") informasiya-nəşriyyat layihəsinin rəhbəri, Qazaxıstan biblioqrafik ensiklopediyasının baş redaktoru Daniyar Aşimbayev də şərh edib. Onun sözlərinə görə, Qazaxıstan prezidentinin bir sıra məsələlərdə öz mövqeyi olan kifayət qədər çox sayda qohumları var.

"Əgər Qazaxıstanın yeni tarixinə diqqət yetirilsə, görmək olar ki, son vaxtlar prezidentin yaxın ətrafında, başda onunla qohumluq əlaqəsi olan insanlar olmaqla, sanki dövlət başçısının əleyhinə oyun oynayırlar" — politoloq bildirib.

Ekspert qeyd edib ki, Boranbayevin hərəkətlərinə onun Nazarbayevlə qohumluğu və ya Qazaxıstanın rəsmi siyasəti nöqteyi-nəzərindən baxmaq qətiyyən doğru deyil: "Nəzərə alanda ki, Boranbayev biznesmendir və hazırda özünü daha çox mesenat və "Kayrat" futbol klubunun sahibi kimi təqdim etməkdədir, həmçinin diqqəti cəlb etmək üçün özünü çox sərbəst aparır, onda o, Qarabağ məsələsinin də hüquqi və siyasi nüanslarını bilməmiş deyil".

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi
© Official website of President of Azerbaijan Republic

"Hesab edirəm ki, hazırda birinci növbədə həmin informasiyanın nə dərəcədə etibarlı olduğunu yoxlamaq lazımdır. Əgər bu, həqiqətdirsə, onda mən düşünmürəm ki, qazaxıstanlı biznesmen bu məsənin ciddiliyini dərindən dərk edərək ona qol qoyub. Deməli, onun bu barədə dərin siyasi və hüquqi bilikləri olmayıb" — deyə Aşimbayev bildirib.

Politoloq qeyd edib ki, əgər fakt təsdiqini tapsa, qalmaqal yaranacaq və bununla bağlı Boranbayevlə söhbət aparılacaq: "Öz-özlüyündə məscidin bərpası milli məsələ deyil. Bu, daha çox mədəni-dini aktdır və aydın məsələdir ki, onun erməni tarixi ilə əlaqəsi yoxdur".

Sputnik Azərbaycan-ın, həmsöhbəti həmçinin xatırladıb ki, Qazaxıstan Qarabağ münaqişəsi yaranan gündən sülh mövqeyindən çıxış edib: "Nazarbayev 1991-ci ildə onun sülh yolu ilə həllinə cəhd edib. Bununla yanaşı, 1991-ci ilin 20 noyabrında Qarakənd kəndi üzərində Mi-8 vertolyotu vurularkən Qazaxıstan daxili işlər nazirinin müavini, general-mayor Sanlal Serikov da həlak olub. Qazaxıstan bütün məsələlərdə Azərbaycan və Ermənistanın mövqeyinin yumşaldılmasına çalışıb. Hətta onun bu mövqeyi davamlı olaraq radikal dairələrdə narazılıqla qarşılanıb".

Kayrat Boranbayev
© Photo : Prosports
Kayrat Boranbayev

Odur ki, ekspertin sözlərinə görə, Qazaxıstanda Qarabağ münaqişəsini şişirtmək arzusu yoxdur: "Hətta Ermənistanın Avrasiya İqtisadi Birliyinə qəbulu zamanı məhz Nazarbayev belə bir tələb irəli sürüb ki, Dağlıq Qarabağ iqtisadi məkana daxil edilə bilməz. Qazaxıstan üçün bu məsələlər çox həssasdır. Əlbəttə, bu, dövlət siyasəti ilə bağlıdır. Şəxsi təşəbbüslər isə, bildiyiniz kimi, bəzən tamamilə bunun əksi ola bilir".

Aşimbayev onu da qeyd edib ki, biznes məsələləri və bəzi fiqurların qarşılıqlı əlaqələrinin Qazaxıstanın dövlət siyasəti ilə heç bir əlaqəsi yoxdur: "Azərbaycanla Ermənistan arasındakı ərazi mübahisələrinə isə Qazaxıstan həssas yanaşır".

Xatırladaq ki, Azərbaycanla Qazaxıstanın Türk Şurası (Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyi — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə) çərçivəsində siyasi və iqtisadi əlaqələri var. Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında fəal iştirak edir. Qazaxıstan taxılının ilk partiyası 30 oktyabr 2017-ci ildə istismara verilmiş Bakı-Tiflis-Qars qatarı ilə birbaşa xaricə göndərilib.

Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələrinin genişləndirilməsi çərçivəsində Qazaxıstanın Kaşaqan yatağından hasil olunan neftin böyük bir hissəsinin Azərbaycan ərazisindən keçməklə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Bakı-Supsa kəməri vasitəsilə nəqli nəzərdə tutulub.

AR Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan məhsullarının Qazaxıstana ixracının həcmi 34,272 milyon dollar, Qazaxıstan məhsullarının Azərbaycana idxalı isə 107,8 milyon dollar təşkil edir.

11083
Teqlər:
Daniyar Aşimbayev, "Yuxarı Gövhər ağa" məscidi, Şuşa şəhəri, Kayrat Boranbayev, iş adamı, Sputnik Azərbaycan, Dağlıq Qarabağ, Qazaxıstan, Ermənistan, Azərbaycan, politoloq, səfirlik, prezident
Əlaqədar
Nursultan Nazarbayev adına hər şey
Nazarbayev baş naziri işdən çıxardı
Qazaxıstanda yanan avtobusun sahibi azərbaycanlıdır?
Azərbaycan Rusiya, İran və Qazaxıstanı qabaqladı
Qazaxıstanda Mir Cəlal Paşayevin anım günü keçirilib

Hökumətdən yeni hava limanlarının tikintisi işində böyük güzəşt

782
(Yenilənib 13:10 19.06.2021)
Azad edilən ərazilərdə 3 hava limanının tikintisi üçün idxal edilən mallar gömrük rüsumuna cəlb olunmayacaq.

BAKI, 19 iyun — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, "Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Bu bəndlə müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Füzuli beynəlxalq hava limanı

2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirib.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verib. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutub.

Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC məşğul olur. Hava limanının tikintisi yanvar ayında başlayıb. Plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də peron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq.

AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov bildirib ki, Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır.

Həmçinin oxuyun:

Füzuli aeroportunda ilk sınaq uçuşunun keçiriləcəyi tarix açıqlanıb

782

Qarabağa qanunsuz silah ötürən erməni biznesmenlər beynəlxalq axtarışa verildi

235
(Yenilənib 12:26 18.06.2021)
Bir neçə şirkətin rəhbərləri 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda Ermənistan Respublikasının Silahlı qüvvələrini qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz ediblər.

BAKI, 18 iyun - Sputnik. Bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Respublikasına və oradan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qaçaq yolla xüsusilə külli miqdar dəyərində silah sursatların, hərbi texnikanın qanunsuz olaraq daşınması barədə dərc edilmiş məlumatlar üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatında deyilir. 

Məlumata görə, biznes fəaliyyəti ilə məşğul olan, “Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda "boz biznesmen" kimi tanınan və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, “KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyriləri Ermənistan Respublikasının Silahlı qüvvələrini qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə “Beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının, “Avropada Adi Silahların Məhdudlaşdırılması” haqqında Müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi ilə, eləcə də Ara Abramyan tərəfindən alınmış “İLYUSHİN-76TD” tipli, yük daşıma təyinatlı təyyarə ilə - ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib Ermənistan Respublikasına və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil edib.

Faktla bağlı 28 aprel 2021-ci il tarixdə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edilən əməllərə görə Karapetyan Samvel Sarkisoviç, David Qalustyan və Ara Abramyan CM-nin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü ( qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib.

Hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən xarici ölkələrin aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatətlər göndərilib.

Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi davam etdirilir.

Eləcə də oxuyun:

  • Bakıda 14 erməni terrorçunun məhkəməsi başlayır

  •  

    Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin 26 üzvünün adı məlum olub

235
Teqlər:
Baş Prokurorluq, Azərbaycan, silah, qanunsuz, Qarabağ, beynəlxalq axtarış, biznesmen, Ermənistan

XİN: Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır

0
(Yenilənib 18:06 19.06.2021)
Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda panel müzakirələri təşkil edilib.

BAKI, 19 iyun - Sputnik. "Vasitəçilik olmadan regionda sülhə nail olmaq mümkün deyil. Mehriban qonşuluq münasibətləri yaradılmalıdır. Bunun alternativi yoxdur".

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda təşkil edilmiş panel müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Buna misal kimi Bayramov ötən qış Rusiya qazının Azərbaycan ərazisindən keçməklə Ermənistana ötürülməsinə icazə verilməsini göstərib.

Ceyhun Bayramovun Antalya görüşləri - Rumıniya XİN başçısı ilə

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.

C.Bayramov Azərbaycan və Rumıniya arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd edib. İkitərəfli iqtisadi, humanitar, təhsil və s. istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazir, həmçinin həmkarına münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında geniş məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olunub.

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku öz növbəsində Azərbaycan ilə münasibətlərin strateji tərəfdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Post-münaqişə dövüründə regionada baş verən proseslərə toxunan nazir Boqdan Auresku, demarkasiya və mina məsələləri üzrə danışıqların aparılmasının vacibliyini dilə gətirib. Nazir, həmçinin mina partlaması nəticəsində həyatını itirən jurnalistlərə görə dərin təəssüf hissi keçirdiyini ifadə edib.

Daha sonra B.Auresku ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib və bu xüsusda , Azərbaycan-Rumıniya Birgə Komissiyasının fəaliyyətinin vacibliyini qeyd edib.

Nazir Auresku bu il Azərbaycan ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirərək, bununla əlaqədar həmkarını ölkəsinə səfər etməyə dəvət edib.

İraq XİN başçısı ilə görüş

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Ceyhun Bayramov iraqlı həmkarına Ermənistanın onilliklər ərzində həyata keçirdiyi təcavüzkar siyasəti və onun fəsadları, həmçinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatı, ərazilərin işğaldan azad edilməsi barədə məlumat verib. Nazir azad edilmiş ərazilərdəki vəziyyət, həyata keçirilən yenidən qurma işlərindən danışıb.

Ceyhun Bayramov ölkələrimiz arasındakı səmimi münasibətlərin təməlində xalqlarımız arasındakı tarixi, dini, mədəni bağların durduğunu qeyd edib. Azərbaycanın ədalətli mövqeyinə verilən dəstəyə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.

Fuad Hüseyn məlumata görə təşəkkürünü bildirərək, ölkələrimiz arasındakı münasibətlərin inkişafını qeyd edib. O, müharibədən əziyyət çəkən ölkə kimi İraqın müharibənin doğurduğu fəsadlara yaxşı bələd olduğunu, bu səbəbdən problemlərin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. Bu xüsusda, İraq naziri Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın əldə olunmasını məmnunluqla qeyd edib.

Tərəflər həmçinin enerji, humanitar, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüş

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, görüş zamanı Bağdad Amreyev Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini yüksək qiymətləndirib. O, Bəyannamənin bölgədə sülh, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyindən əminliyini vurğulayıb.

Görüş zamanı Türk Şurasının qarşıdan gələn Zirvə görüşünün təfərrüatları, o cümlədən yüksək səviyyəli tədbir çərçivəsində hazırlanacaq sənədlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Türk Şurasının gündəmində olan digər məsələr, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər barədə müzakirələr aparılıb.

Ceyhun Bayramov Türk Şurası tərəfindən Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir bu sənədin imzalanmasının Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlərin nəticəsi olduğunu və əməkdaşlıq və müttəfiqlik nümunəsi olduğunu vurğulayıb.

Antalya Diplomatiya forum iyunun 18-dən 20-dək davam edəcək.

0