Cəbhə bölgəsi

Erməni tərəfinin böyük yalanı ifşa olundu

115
(Yenilənib 12:14 25.01.2018)
MN: Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur

BAKI, 25 yanvar — Sputnik. "Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur". Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

"Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar. Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib" — deyə MN bəyan edir.

115
Teqlər:
Ermənistan, Azərbaycan, təxribat, cəbhə xətti
Əlaqədar
Cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyət yoxlanılıb
Müdafiə Nazirliyi cəbhə xəttində baş verənlərlə bağlı bəyanat yaydı
Cəbhədə silahlar susmayıb
Cəbhədə bütün istiqamətlərdə atəşkəs pozuldu
Ali Baş Komandan müdafiə nazirini cəbhə zonasına göndərib
Dağıdılmış Ağdam şəhərinə mənzərə

"Böyük qayıdış" planı hazırlanır: İşğaldan azad edilmiş ərazilərin bərpası illərlə çəkəcək

79
(Yenilənib 22:12 02.12.2020)
Ölkədə ikinci dərəcəli işlər - yolların salınması, körpülərin tikilməsi, binaların yeni fasadla təmin edilməsi müvəqqəti olaraq dayandırılacaq.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Azərbaycanın 30 ilə yaxındır ki, işğal altında olan əraziləri artıq azad edilib. Həmin ərazilərdə yenidən yaşayış məntəqələrin salınması, qaçqın və məcbur köçkünlərin öz yurd-yuvalarına qaytarılması üçün "Böyük qayıdış" planı hazırlanmaqdadır.

Bəs işğaldan azad edilmiş ərazilərdə tikinti işlərinin aparılması, fərdi evlərin, binaların, obyektlərin tikilməsi üçün Azərbaycanın yetərli qədər tikinti şirkəti, maliyyə vəsaiti varmı?

Tikinti-əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş kənd və qəsəbələrdə çoxmərtəbli binaların sayı çox olmayacaq. Belə ki, həmin ərazilərdə 1-2 mərtəbəli kənd tipli evlər tikiləcək.

"Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətləri həddən artıq çoxdur. Azərbaycan şirkətləri Rusiyada, Orta Asiyada, Qazaxıstanda, Ukraynada binalar tikirdilər. Yəni kifayət qədər tikinti şirkətlərimiz var. Ancaq nəzərə almalıyıq ki, indi işğaldan azad edilmiş ərazilərdə tikinti işləri aparıla bilməz. Həmin ərazilər minalardan təmizlənməlidir," - deyən mütəxəssis bildirib ki, həmin kənd və şəhərlərin təmizlənməsi uzun illər tələb edəcək.

Onun sözlərinə görə, buna görə də işğaldan azad edilmiş ərazilərdə tikinti işləri mərhələli şəkildə aparılacaq.

E.Fərzəliyev qeyd edib ki, burada tikinti şirkətləri podratçı rolunu oynayacaq. Yəni şirkətlər dövlətin maliyyəsi əsasında tikinti ilə məşğul olacaqlar.

"Həmin ərazilərdə çaylar çoxdur. Hesab edirəm ki, orada beton zavodları tikiləcək. Yəni tikintilərin aparılması çox asan olacaq. Və ehtiyac yaranarsa, digər ölkələrdən tikinti şirkətləri cəlb etmək mümkündür", - deyə o əlavə edib.

Digər ekspert Elnur Azadov isə hesab edir ki, inşaatın həcmini nəzərə alsaq, həmin ərazilərdə inşaat işlərini həyata keçirmək üçün ölkədə resurslar azdır.

"Düşünürəm ki, inşaat işləri həyata keçirilən zaman tələblər qoyulacaq, vaxt təyin ediləcək. Məsələn, həmin ərazilərdə tikinti işlərinin aparılması üçün 2-3 il vaxt ayrılarsa, Azərbaycanın o qədər resursu yoxdur. Ölkədə bu qədər texnika mövcud deyil", - deyən E.Azadov əlavə edib ki, tikintilərin həyata keçirilməsi üçün dövlət maliyyə vəsaiti ayıracaq. Və həmin vəsait dövlət büdcəsində yer almalıdır.

Ekspertin fikrincə, bunun üçün bütün iqtisadi proseslər, bütün investisiyalar hamısı işğaldan azad edilmiş ərazilərdə tikintilərin aparılmasına yönləndiriləcək. Bu isə o deməkdir ki, ölkədə ikinci dərəcəli işlər - yolların salınması, körpülərin tikilməsi, binaların yeni fasadla təmin edilməsi müvəqqəti olaraq dayandırılacaq.

Ekspert hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə tikintilərin, fərdi evlərin, çoxmənzilli evlərin tikilməsi üçün dövlət proqramı olacaq. Və bundan sonra işlər planlanacaq. Yəni hazırda işlərin necə həyata keçiriləcəyi barədə danışmaq tezdir.

79
Teqlər:
tikinti şirkətləri, yol tikintisi, tikinti, işğaldan azad edilmiş ərazilər, işğaldan azad etmə, Qarabağ
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi

Şuşaya aparan yeni yolun tikintisinə yerli xarici şirkətlər cəlb edilib

19
(Yenilənib 20:53 02.12.2020)
Çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.

BAKI, 2 dekabr — Sputnik. Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb olunması prosesi yekunlaşdırılıb.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir ki, Qarabağın tacı olan Şuşamıza aparan yeni avtomobil yolu layihəsi şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir.

Bundan başqa, çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.

Hazırda "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, layihə boyu torpaq işləri görülür. Belə ki, agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır.

Dövlət başçısının sərəncam və tapşırığına əsasən, Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edəcək.

Yeni avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa, relyefin imkan verdiyi əraziyə qədər layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun bir hissəsinin 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.

19
Teqlər:
yol, Füzuli, Şuşa
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

0
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT