Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri

Səməd Seyidov Sarkisyanın ağzından vurdu: “Yalan danışırsınız”

311
(Yenilənib 17:09 24.01.2018)
“Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz”

BAKI, 24 yanvar — Sputnik. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov AŞPA-nın iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyana cavab verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, S.Seyidov Ermənistan prezidentinin çıxışına toxunaraq onun dünya ictimaiyyətini aldatdığını bildirib: “Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsi barədə danışmadınız? Orada uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla ermənilər tərəfindən təxminən 600 nəfər öldürüldü. Niyə etnik təmizləmə barədə danışmadınız? Hazırda siz beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. BMT, Avropa İttifaqı, Avropa Şurası, digər təşkilatlar Azərbaycan torpaqlarının işğalı barədə danışıb. Siz bu təşkilatlardan heç kəsi qəbul etməyə hazır deyilsiniz”.

311
Teqlər:
Ermənistan prezidenti Serj Sarkisyan, ittiham, Səməd Seyidov, AŞPA, iclas, cavab
Əlaqədar
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
Səməd Seyidov alt qatda baş verənləri dilə gətirdi: "Təzyiqlər çox güclüdür"
Səməd Seyidov vəzifəsindən uzaqlaşdırılması xəbərindən danışdı
Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin vitse-prezidenti seçilib
Səməd Seyidov: ABŞ Azərbaycanın strateji müttəfiqlərindən biridir

Cəbrayıl rayonunun daha bir azad edilmiş kəndinin görüntüləri yayıldı - VİDEO

24
(Yenilənib 15:40 23.01.2021)
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusunun əks-hücumu nəticəsində azad edilib.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər paylaşıb. Aşağı Maralyan Cəbrayıl rayonunun Karxulu inzibati ərazi vahidinə daxildir və Araz çayının sol sahilində, düzənlikdə yerləşir.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

24
Şəhid Rahim Mikayılovun dəfni

İtkin xəbərindən bir neçə gün sonra oğlu dünyaya gələn şəhid torpağa tapşırıldı

136
(Yenilənib 16:09 23.01.2021)
Sentyabr ayının 29-da şəhid xəbəri çıxsa da, nəşi gəlmədiyindən itkin kimi qeydə alınan Rahim Mikayılovun şəhid olma xəbəri son iki gündə tam təsdiqlənib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Bu gün barəsində 107 gün heç bir xəbər çıxmayan şəhid baş leytenant Rahim Qabil oğlu Mikayılov doğulduğu Quba rayonunun İkinci Nügədi kəndində dəfn olunub. Sentyabr ayının 29-da şəhid xəbəri çıxsa da, nəşi gəlmədiyindən itkin kimi qeydə alınan Rahim Mikayılovun şəhid olma xəbəri son iki gündə tam təsdiqlənib və o, bu gün dəfn olunub.

  • Şəhid Rahim Mikayılov
    © Photo : Courtesy of Leyla Abdullayeva
  • Şəhid Rahim Mikayılovun dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhid Rahim Mikayılovun dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Photo : Courtesy of Leyla Abdullayeva
Şəhid Rahim Mikayılov

Rahim Mikayılov ailəlidir. Şəhid olandan bir neçə gün sonra oğlu dünyaya gəlib.

Onu da qeyd edək ki, Quba bu gün Vətən müharibəsində qurban verdiyi 48-ci şəhidini dəfn edir.

136
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0