Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının təklifləri var

176
(Yenilənib 15:50 22.01.2018)
İdarə Heyəti bu təklifləri gələcək iş planına daxil etməyi qərara alıb

BAKI, 22 yanvar — Sputnik. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin növbəti iclası keçirilib. Platformanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri Rövşən Rzayevın başçılığı altında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində dəyirmi masa formatında keçirilib.

İclasda İdarə Heyatinin üzvləri Kamil Səlimov, Rizvan Hüseynov, Ümid Mirzəyev, Rövşən Rzayev, Novella Cəfərova, iclasa onlayn şəklində qatılan Rimma Sarkisova, Oksana Altunyan Sergey Simanovskiy, Erik Xaçaturov, Selin Şənocaq, eləcə də Vətəndaş Sülh Platformasının Katibliyin koordinatoru Dilarə Əfəndiyeva və İctimaiyyətlə Əlaqələr üzrə menecer Kənan Zülfüqarov iştirak ediblər. Görüş iştirakçıları 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisələrdə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək bu faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı veriblər.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası
© Photo : EAVSP mətbuat xidməti
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası

İclasda gündəm məsələləri müzakirə edilib: Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının Təsis Qurultayına həsr olunmuş videomaterialların izlənməsi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının qeydiyyatı ilə bağlı məsələlərin müzakirə edilməsi, qəbul edilmiş ərizələrin müzakirəsi və yeni üzvlərin qəbul edilməsi, eləcə də, bir sıra aktual məsələlər həll olunaraq gələcək işlərin perspektivlərində öz əksini tapıb.

Professor Kamil Səlimov Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının fəaliyyəti ilə bağlı konkret təkliflərlə çıxış edib. İdarə Heyəti bu təklifləri gələcək iş planına daxil etməyi qərara alıb. Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvlüyünə Aleksey Frantskeviçin ("Asociace Pro Modernizace". Çexiya) namizədliyinə baxılaraq təsdiq olunub.

176
Teqlər:
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması, İdarə Heyəti, təklif, münaqişə, görüş, müzakirə
Əlaqədar
Nağıyev: “Rusiya nüfuzunu artırmaq üçün Qarabağ münaqişəsinin həllinə töhfə verməlidir”
Rəsmi Bakı Sergey Lavrovun Qarabağ açıqlamasını alqışlayır
Dalana dirənmiş Qarabağ problemini həll etmək mümkün olacaqmı?
Avropa İttifaqı Qarabağla bağlı bəyanat yaydı
ATƏT sədrindən Dağlıq Qarabağ bəyanatı

Daha bir atəş nöqtəsi məhv edildi

94
Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrini arasında intensiv atışma davam edir.

Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutan düşmən bölmələrinin digər uzunmüddətli atəş nöqtəsi də bölmələrimiz tərəfindən yerləyeksan edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

94

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

1244
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

1244
Həkim, arxiv şəkli

Daha bir həkim koronavirusun qurbanı oldu

0
Bildirilib ki, koronavirusa yoluxmuş kardioloq Ruhiyyə Kərimova bu gün səhər saatlarında dünyasını dəyişib.

BAKI, 15 iyul — Sputnik. Azərbaycanda daha bir həkim COVID-19 virusunun qurbanı olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Kardiologiya Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, koronavirusa yoluxmuş kardioloq Ruhiyyə Kərimova bu gün səhər saatlarında dünyasını dəyişib.

0