QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məmmədyarov həmsədrlərlə görüşüb

© Sputnik / Murad OrujovГлава МИД Азербайджана Эльмар Мамедъяров
Глава МИД Азербайджана Эльмар Мамедъяров - Sputnik Azərbaycan
Abunə olmaq
Müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də təmsil olunub

BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupunun həmsədrləri arasında Polşa Respublikasının Krakov şəhərində görüş keçirilib. Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də təmsil olunub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün atılacaq addımlar müzakirə edilib.

© Photo : TRENDElmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb
Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb - Sputnik Azərbaycan
Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb

Xəbər lenti
0