Ağdam

Erməni silahlı bölmələri Ağdamın kəndini atəşə tutub

54
(Yenilənib 19:27 14.01.2018)
Kənd sakini Məmmədov Elman Mütəllim oğluna məxsus "T-28" markalı traktora ziyan dəyib

BAKI, 14 yanvar — Sputnik. Ermənistan ordusu Ağdam rayonunun kəndini atəşə tutub.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu gün səhər 10:30 radələrində erməni silahlı bölmələri Ağdamın Mirəşelli kəndini atəşə tutub.

Erməni silahlı bölmələri Ağdamın kəndini atəşə tutub
© Photo : APA
Erməni silahlı bölmələri Ağdamın kəndini atəşə tutub

Nəticədə kənd sakini Məmmədov Elman Mütəllim oğluna məxsus "T-28" markalı traktora ziyan dəyib.

54
Teqlər:
ziyan, Ermənistan ordusu, Ağdam, atəş
Əlaqədar
Ağdam rayonunun kəndləri atəşə tutulub
Ağdamda zəlzələnin nəticəsi: 1 ev uçub, 127 evə zərər dəyib
Ağdam rayonunun işğalından 24 il keçir
Ağdam cəbhəsində gərgin anlar: düşmən tarlada işləyən kəndliləri atəşə tutub
Ağdamda Muğam Mərkəzinin təməli qoyulub
Pulemyot, arxiv şəkli

Cəbhədə gərgin vəziyyət, MN açıqlama verdi

10
(Yenilənib 09:49 03.07.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 52 dəfə pozub

BAKI, 3 iyul — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Acarlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

10
Azərbaycan Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil

7
Ermənistan XİN-in görüşlə bağlı yaydığı açıqlama işğalçı ölkənin ənənəvi olaraq sərgilədiyi tamamilə əsassız mövqeyi növbəti dəfə təkrarlayır.

BAKI, 1 iyul — Sputnik. "ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 30 iyun tarixində keçirilən videokonfrans formatında görüşü ilə bağlı AR XİN-in rəsmi açıqlaması yayıldı. Qeyd etdiyimiz kimi, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyəti, o cümlədən həyata keçirilən infrastruktur dəyişiklikləri məsələsini qaldırdı. Nazir, həmçinin məhz Ermənistanın təxribatçı əməllərinin ritorikanın alovlanmasına xidmət etdiyini vurğuladı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.

"Ermənistan XİN-in görüşlə bağlı yaydığı açıqlama işğalçı ölkənin ənənəvi olaraq sərgilədiyi tamamilə əsassız mövqeyi növbəti dəfə təkrarlayır. Aydındır ki, bölgədəki gərginliyin, ritorikanın, qarşıdurmanın, düşmənçiliyin kökündə Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlaması və bu ərazilərdəki çoxsaylı yerli azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirməsi durur. Əhalini sülhə hazırlamaq öhdəliyindən danışan Ermənistan, bu öhdəliyinə əməl edərək işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarmalı və məcburi köçkünlərin öz evlərinə geri dönməsinə maneə yaratmamalıdır.

O ki qaldı Ermənistan XİN-in istinad etdiyi Qarabağ "xalqı" ifadəsinə, hamıya elə Ermənistanın özünə də çox yaxşı bəllidir ki, Qarabağ xalqı deyə anlayış mövcud deyil. Qarabağda yaşayan ermənilər Azərbaycanın bu bölgəsində yaşayan iki icmadan birini təşkil edir; Qarabağın azərbaycanlı icması Ermənistanın təcavüzü nəticəsində evlərindən didərgin düşüb, məcburi köçkünə çevrilib. Münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi də elə bu insanların pozulmuş fundamental hüquq və azadlıqlarının bərpa edilməsidir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılmasının təmin edilməsidir. Bölgədə davamlı sülh, sabitlik və təhlükəsiliyin təmin olunmasının başqa yolu yoxdur", - L.Abdullayeva qeyd edib.

7
Heroin, arxiv şəkli

Bakı sakini karantin zamanı da öz əməlindən qalmırmış

0
Saxlanılan zaman onun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik maddə gətirdiyi məlum olub.

BAKI, 4 iyul — Sputnik. Bakıda karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qasımov Rəşad Ramiz oğlu hüquq-mühafizə orqanları tərəfindən karantin qaydalarını pozduğu üçün saxlanılıb.

Saxlanılan zaman onun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik maddə gətirdiyi məlum olub.

O, saxlanılan zaman hüquq-mühafizə orqanının əməkdaşlarına zor tətbiq edib.

R.Qasımov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda), 206.4-cü (qaçaqmalçılıq) , 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 318.2ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Nəsimi rayon Məhkəməsində istintaq orqanının təqdimatı əsasında R.Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

0