Salatın Əsgərova oğlu Ceyhun ilə

Erməni terrorunun qurbanı olan 30 yaşlı həmkarımız

114
(Yenilənib 10:30 09.01.2018)
“Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərovanın qətlə yetirilməsindən 27 il ötür

BAKI, 9 yanvar — Sputnik. 1991-ci il yanvarın 9-da erməni terrorçuları Azərbaycan ərazisində növbəti qanlı aksiyanı həyata keçiriblər. Laçın-Yevlax yolunun 6-cı km-də Sovet Ordusuna məxsus “UAZ-469” markalı hərbi maşının gülləbaran edilməsi nəticəsində 4 nəfər, o cümlədən “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova və bölgədəki hərbi komendantlığın qulluqçusu olan 3 rus zabiti qətlə yetirilib.

Ermənilər hərbi maşını üç istiqamətdən – qabaqdan, arxadan və soldan həm avtomatdan, həm də snayper tüfəngindən güllələyiblər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Hərbi maşının sürücüsü — serjant İ.Qoyek ölməzdən əvvəl əyləci basa bilir, mayor İqor İvanov dərhal ölür. Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşır, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəymişdi.

Onların ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunmuşdu. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilib.

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra Salatın Əsgərovaya "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

114
Teqlər:
jurnalist, Şəhidlər Xiyabanı, qətl, Salatın Əsgərova, erməni terrorçuları, Azərbaycanın Milli Qəhrəmanı
Əlaqədar
Məşhur rusiyalı jurnalist qışda Qəbələ şəlaləsində çimdi – FOTO
Jurnalistlərin evlərinə niyə köçə bilməməsinə aydınlıq gətirildi
Azərbaycanlı jurnalistin qohumlarının zəhərlənmədən öldüyü ehtimal edilir
Azərbaycanda jurnalistin bacısı, həmçinin bacısı və qardaşının övladları ölü tapılıb
Əsgərlər jurnalistləri atəşə tutdular

Sputnik Azərbaycan-ın qazi redaktoru: döyüşdə olduğum ilk gün mühasirəyə düşdük

20
(Yenilənib 16:46 24.09.2021)
Sputnik Azərbaycan-ın redaktoru Vüsal Azayev deyir ki, o artıq general Polad Həşimov şəhid olanda müharibə olacağı təqdirdə könüllü iştirakçı olmaq üçün qeydiyyatdan keçmişdi.
Vüsal Azayev: “Biz anlayırdıq ki, tək deyilik, bütün bu insanlar bizi dəstəkləyir”

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada müharibənin başlanmasının şahidi olanlar həmin günləri necə xatırladıqları barədə danışıblar.

Sputnik Azərbaycan-ın redaktoru Vüsal Azayev də Vətən Müharibəsinin iştirakçısı olub. Vüsal Azayev müharibənin başladığı ilk gündən gördüklərini belə nəq edib: “Müharibənin başlanması barədə xəbəri alan kimi qardaşım və mən hərbi komissarlığa yollandıq. Biz artıq mərhum generalımız Polad Həşimov şəhid olanda müharibə olacağı təqdirdə könüllü iştirakçı olmaq üçün qeydiyyatdan keçmişdik. Rayondakı insanların müharibə başlanmasına verdiyi reaksiya döyüşə gedənlərə əlavə stimul verirdi. Yol boyu insanlar əllərinə keçən zəruri ərzaqları hərbçiləri daşıyan maşınların içinə atırdı. Biz anlayırdıq ki, tək deyilik, bütün bu insanlar bizi dəstəkləyir. Döyüşdə olduğum ilk gün mühasirəyə düşdük. O mühasirədən uğurla çıxdıq. Qürur verən bir amil də bizdən yüksək rütbə daşıyan hərbçilərin bizimlə bərabər döyüşə atılması idi. Müharibədə olduğum müddətdə Ermənistan sərhədinə qədər döyüş yolu keçmişəm. Çox təssüf ki, bölüyümüzün 15 şəhidi oldu. Lazım gəldi və yaranmış tarixi, hərbi şəraitdən uğurla istifadə edib düşmən təxribatını hərbi qələbəmizlə sonlandırdıq”.

Vüsal Azayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

20
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır"

665
Prezident İlham Əliyev "Nasionalnaya oborona" jurnalına eksklüziv müsahibəsində Ermənistan rəhbərliyinin diletantlığından da bəhs edib.

BAKI, 24 sentyabr — Sputnik. Fikrimcə, mühüm mərhələlərdən biri, əlbəttə, düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. İndi artıq işğaldan azad edilmiş ərazilərə gedənlər bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır, bütün əraziyə yüz minlərlə mina basdırılıb və onlar hələ oradadır. Ona görə bu da vacib idi, çünki əgər biz elə ilk gündə düşmənin müdafiə xəttini yara bilməsəydik, işimiz daha çətin olardı. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı. Fikrimcə, İkinci Qarabağ müharibəsi uğurla nəticələnmiş amillər baxımından çoxları üçün olduqca əlamətdardır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Nasionalnaya oborona" jurnalına eksklüziv müsahibəsində bildirib.

İlham Əliyev Hadrut əməliyyatının əhəmiyyətini də qeyd edib: "Çünki bizi orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Biz Hadrutu götürəndən bir neçə gün sonra da erməni tərəfi deyirdi ki, Hadrut onların nəzarətindədir. Hərçənd, Hadrutda artıq bütün yüksəkliklərdə bizimkilər qərarlaşmışdılar və şəhərin alınıb-alınmamasını başa düşmək Ermənistan rəhbərliyi üçün bir qədər diletantlıq idi. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Yalnız bizim hərbi qulluqçu Hadrut administrasiyasının binası üzərinə Azərbaycan bayrağını sancaraq Hadrutun götürülməsi barədə mənə raport verəndə Ermənistan tərəfin daha yalanlar uydurması üçün əsası qalmadı.

Hadrutdan qabaq – oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Mən Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd etmək istərdim. Nə üçün? Ona görə ki, orada çox güclü möhkəmləndirilmiş rayon vardı. Biz düşmənin müqavimətini qırmaq üçün bir neçə gün çox fəal hərbi əməliyyatlar aparmalı olduq.

Düşmən bəzi istiqamətlərdə silahını ataraq qaçırdı, - ermənilər özləri etiraf edirdilər ki, onlarda 10 min fərari var. Amma bəzi yaşayış məntəqələrində onlar sona qədər dayandılar. Biz bunu qeyd etməliyik. Fikrimcə, heç kəs şübhə etməməlidir ki, bəzi əməliyyatlarda erməni tərəfi dözümlülük göstərdi və heç bir halda düşməni lazımınca qiymətləndirməmək, onun ləyaqətini alçaltmaq və ya azaltmaq olmaz".

İlham Əliyev vurğulayıb ki, Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik, hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdilər, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər.

Əlbəttə, sonrakı əməliyyatı – Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək istərdim. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu".

Eləcə də oxuyun: 

665
Sərdar Ortaç

"Tərbiyəsizlik etmişəm" - Sərdar Ortac təhqirə görə üzr istədi

0
(Yenilənib 21:52 24.09.2021)
Sənətçi etdiyi təhqirlərdən sonra sosial şəbəkələrdə video yayımlayaraq üzr istəyib. O, həmin vaxt içkili olduğunu deyib.

BAKI, 24 sentyabr — Sputnik. Türkiyəli müğənni Sərdar Ortaç Adanada verdiyi konserti zamanı "Beşiktaş" futbol klubu haqqında təhqiramiz ifadələr səsləndirib. Daha sonra ifaçının klubu təhqir etdiyi görüntülər sosial şəbəkələrdə yayılaraq insanların qəzəbinə tuş gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi etdiyi təhqirlərdən sonra sosial şəbəkələrdə video yayımlayaraq üzr istəyib. Müğənni bildirib ki, həmin vaxt içkili olub:

"Çox böyük tərbiyəsizlik etdim. Bəzən içkili olanda insan özünü itirir və nə dediyini bilmir. Bunu edəndə bəziləri də mənə dəstək oldu. İndi ediləcək heç nə yoxdur. Söz ağızdan bir dəfə çıxır. Dua edəcəm ki, klubun məşqçisi Sərgən Yalçın məni bağışlasın. Çox üzgünəm. Ümid edirəm məni bağışlayarsınız".

Məlumat üçün bildirək ki, Sərdar Ortaç Türkiyənin ən məşhur müğənnilərindən biridir. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub.

 

0