QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Səkkiz oğul istərəm...

© Photo : Facebook / jale.jafarova.5"Səkkiz oğul istərəm" adlı tədbir
Səkkiz oğul istərəm adlı tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Əfsanəvi 8 kəşfiyyatçımıza həsr edilmiş tədbir baş tutub

BAKI, 28 dekabr — Sputnik. Milli Mədəniyyətin Təbliği İctimai Birliyi tərəfindən 1997-ci ildə əfsanəvi 8 şəhid kəşfiyyatçımıza həsr olunmuş "Səkkiz oğul istərəm" adlı tədbir keçirilib.Sputnik Azərbaycan-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan İB sədri Jalə Cəfərova şəhid olan əsgərlər haqqında danışıb.

Zaver Karapetyan - Sputnik Azərbaycan
QARABAĞ
Ələ keçirilən erməni kəşfiyyatçı danışdı — real görüntü

O bildirib ki, 1997-ci il aprelin 7-də kəşfiyyat qrupumuz xüsusi tapşırıqla erməni mövqelərinə göndərilib: "Leytenant Ağayev Elxan Ataxan oğlu, leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu, çavuş Rzayev Anar Üzeyir oğlu, çavuş Həsənov Aqşin Əli oğlu, çavuş Mustafayev Dinar İbrahim oğlu, çavuş Ələkbərov Nizami Səfi oğlu, çavuş Cavadov Fariz Şamil oğlu, çavuş Əhmədov Aqil Mürsəl oğlu komandanlıq tərəfindən qarşılarına qoyulmuş tapşırığı yerinə yetiriblər. Ancaq döyüş tapşırığını yerinə yetirib geri qayıdarkən ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və 3 gün ərzində gedən qeyri-bərabər döyüşdə kəşfiyyatçılarımız onlarla erməni əsgərini məhv ediblər. Bütün silah-sursatları tükənən igidlərimiz ələ keçməmək üçün özlərini partladıblar və qəhrəmancasına şəhid olublar. Həmin 8 kəşfiyyatçıdan yalnız çavuş Aqil Əhmədov sağ qalıb. O, həmin 7 kəşfiyyatçıdan öncə yaralandığından dəstədən ayrı düşüb və sürünərək döyüş bölgəsindən xeyli aralansa da, yaralı olduğundan çox uzağa gedə bilməyib və ermənilər onu əsir götürüblər. Bir il 11 aylıq əsirlikdən sonra məhz mərhum prezident Heydər Əliyevin qətiyyəti sayəsində Aqil Əhmədov əsirlikdən azad olunub. Amma iki illik əsirlik həyatında verilən işgəncələr kəşfiyyatçımızın sağlamlığında dərin iz buraxıb və o, əlil kimi ordudan tərxis olunub".

Tədbirdə iştirak edən Aqil Əhmədov qeyd edib ki, 41 yaşı olmasına baxmayaraq, hələ də ailə həyatı qura bilməyib və yaş ötdükcə xəstəlikləri onu daha da üstələyir, imkansızlıqdan isə müalicəsini lazımi şəkildə apara bilmir. Aqil Əhmədov ağır xəstəliyə mübtəla olsa da, ürəyinin yenə də Qarabağ eşqi ilə döyündüyünü və 20 il əvvəl kəşfiyyata yollananda olduğu kimi, bu gün də ermənilərə qarşı səngərlərə atılmağa hazır olduğunu bildirib.

Tədbirdə cəsur kəşfiyyatçımıza həsr olunmuş "8 oğul istərəm" adlı maraqlı kompozisiya — C.Naxçıvanski adına Ali Hərbi məktəbin kursantları tərəfindən səhnələşdirilmiş səhnəcik, şəhid igidlərimizin şərəfli döyüş yolu haqqında materiallar ictimaiyyətə təqdim olunub. 

Tədbirdə şəhid anaları, şəhid olan əsgərlərin komandiri polkovnik Xətai Baxışov, 8 nəfər arasında sağ qalan Aqil Əhmədov, polkovnik Hikmət Ağayev, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı iştirak edib.

Sonda tədbir iştirakçıları Əməkdar artist Nuriyyə Hüseynovanın ifasını dinləyib.

Xəbər lenti
0