Zakir Həsənov

Ali Baş Komandan müdafiə nazirini cəbhə zonasına göndərib

19
(Yenilənib 14:36 26.12.2017)
Müdafiə naziri daha bir hərbi hissədə şəxsi heyətlə görüşüb

BAKI, 26 dekabr — Sputnik. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti daha bir hərbi hissədə əsgərlərlə görüşüb, yeni inşa edilən qərargah binasının və hərbi texnika üçün saxlancların açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərbi hissədə həyata keçirilən tikinti-quruculuq işləri barədə məruzə edildikdən sonra müdafiə naziri burada yaradılan şəraitlə tanış olub. General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirib müvafiq tapşırıqlar verib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri qarşıdan gələn bayramlar münasibətilə dövlət başçısı adından şəxsi heyəti təbrik edərək xidmətdə fərqlənənlərə mükafatlar və qiymətli hədiyyələr təqdim edib.

19
Teqlər:
general-polkovnik Zakir Həsənov, müdafiə naziri, Ali Baş Komandan, Silahlı Qüvvələr, Azərbaycan Respublikası, İlham Əliyev, hərbi hissə, cəbhə, prezident
Əlaqədar
"Bir dəfə riyaziyatçı müdafiə naziri oldu, nəticəsini gördük"
Müdafiə nazirinin müavini ictimaiyyəti ehtiyatlı olmağa çağırdı
Müdafiə Nazirliyi cəbhə xəttində gözlənilən hadisə ilə bağlı məlumat yayıb
Müdafiə Nazirliyindən açıqlama var
Türkiyənin müdafiə nazirindən mühüm Qarabağ bəyanatı