Millət vəkili Sevinc Fətəliyeva

Millət vəkilindən çağırış: "Baş verənlərə susmamalıyıq"

541
(Yenilənib 16:48 25.12.2017)
Sevinc Fətəliyeva: "Bunun qarşısını heç bir konvensiya ala bilməyəcək"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. "Təəssüf ki, dünyada ikili standartlar mövcuddur. Bir sıra regionlarda qanlı münaqişələrin davam etməsinin səbəblərindən biri də mövcud olan ikili standartlardır". Bunu millət vəkili Sevinc Fətəliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, insanlığa qarşı cinayətlər tarix boyu baş verib və təəssüflər olsun ki, bu gün də baş verir: "Hər müharibənin və münaqişənin dəhşətli itkilərlə dolu tarixi var. Azərbaycan da belə faciəvi tarix yaşayıb. Yüzlərlə dinc sakinin qəddarlıqla öldürülməsi Azərbaycan ərazisində ermənilərin törətdikləri ən qanlı cinayətlərdəndir. Ötən əsrin sonlarında 613 günahsız insan məhz azərbaycanlı olduqları üçün amansızlıqla qətlə yetirilib".

"Ermənilər tərəfindən törədilmiş qırğın, insanların işgəncələrlə öldürülməsi, cəsədləri üzərində təhqiramiz həqarətlər edilməsi beynəlxalq media tərəfindən işıqlandırılıb. Bəlkə də Xocalı hadisələrinə vaxtında düzgün hüquqi qiymət verilsəydi, dünya ictimaiyyəti siyasi məsələlərlə yanaşı, insanlıq məsələlərinə də kifayət qədər diqqət yetirsəydi, onda cinayətkar olduğunu etiraf edən Ermənistan prezidenti vaxtında cəzalandırılardı. Və bu gün terrorçuluq dünyada bu qədər yayılmazdı" — deyə millət vəkili əlavə edib.

S.Fətəliyeva, həmçinin dünya ictimaiyyətinin bu gün dünyada baş verən hadisələrə lazımi qiymət verməməsinə təəssüf ifadə edib: "Bu gün dünya ictimaiyyəti daha çox hərbi məsələlərlə — hücumlarla, hava bombardmanları ilə, partlayışlarla maraqlanır, ancaq qadınlara və uşaqlara qarşı zorakılıq, onların istismarı, qula çevrilməsi sadəcə müzakirə olunub qınanır".

"Baş verənlərə susmamalıyıq, dərhal reaksiya verib ciddi addımlar atmalıyıq. Əks halda, soyqırımlar, qadın və uşaqların müharibə silahı kimi istifadə olunması müharibənin tərkib hissəsinə çevriləcək və bunun qarşısını heç bir qanun, heç bir konvensiya ala bilməyəcək. Bunun üçün ilk növbədə ikili standartlara son qoyulmalıdır" — müsahibimiz vurğulayıb.

541
Teqlər:
qırğın, dünya, münaqişə, Sevinc Fətəliyeva, Ermənistan, deputat, millət vəkili, ikili standartlar, erməni
Əlaqədar
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət
İsmayılov: “İşğal olunmuş ərazilərimizdə 4500 tarixi abidə aşkar edilib”
Mustafa: “Ermənistan işğalçı siyasətindən əl çəkməyəcəyini açıq-aşkar göstərir”
Ermənistan ordusu işğal altındakı torpaqlarımızda hərbi təlimlərə başlayıb

Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər

18
(Yenilənib 17:01 01.03.2021)
Müdafiə Nazirliyi Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam rayonu 2020-ci il noyabrın 20-də erməni işğalından azad edilib.

18
Qarabağda Rusiya sülhməramlıları , arxiv şəkli

Rusiya sülhməramlıları üçün Xankəndi Xocavənddə şəhərcikliklər salındı

34
(Yenilənib 12:23 01.03.2021)
Bu artıq Rusiya sülhməramlı kontingenti üçün salınan səkkizinci belə şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir.

BAKI, 1 mart — Sputnik. Maddi-texniki təminat üzrə mütəxəssislər Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçün daha dörd blok-modul şəhərciyi salıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, şəhərciklər Xankəndi və Xocavənd rayonu ərazilərində salınıb.

Qarabağda Rusiya sülhməramlı kontingenti üçün salınan şəhərcik

Xatırladaq ki, bu artıq Rusiya sülhməramlı kontingenti üçün salınan səkkizinci belə şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir. Ayrıca elektrik, su təchizatı, isitmə sistemi var. Hərbçilər üçün şəhərcikdə çarpayılar, qarderoblar, mətbəx mebeli, masalar, stullar, duş, tibb məntəqəsi, uniforma təmizləyici otaq, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.

34
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0