Azərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli

Cəbhədə bütün istiqamətlərdə atəşkəs pozuldu

32
(Yenilənib 13:15 10.12.2017)
Düşmən iriçaplı pulemyotlardan da istifadə edib

BAKI, 9 dekabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

32
Teqlər:
iriçaplı pulemyotlar, Ermənistan silahlı birləşmələri, Atəşkəsin pozulması, cəbhə xətti
Əlaqədar
Ermənistan yenə atəşkəsi pozub
Atəşkəsin pozulması halları intensivləşib
Ermənistan atəşkəsi pozmaqda davam edir
Bu müharibə də atəşkəslə bitdi
Yenə atəşkəs xəbəri var
Partlayış, arxiv şəkli

Azərbaycan MN: Ermənistan buraxdığı səhvləri etiraf etmək məcburiyyətində qalıb

10
(Yenilənib 11:35 29.10.2020)
"Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır"

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.
Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.
Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır.
Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək.

10
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Rəqibimizin "taktikası": döyüş meydanında silah-sursatı, texnikanı atıb qaçdı - VİDEO
BQXK: Bərdəyə raket atılması nəticəsində bir könüllümüz ölüb, ikisi yaralanıb
MN: Ermənistan ordusunun yüksək rütbəli zabitləri məhv edilib
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub
Füzuli, Xocavənd və Qubadlıda Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı alınıb
Gəncədə vəziyyət, arxiv şəkli

10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu - UNICEF-dən erməni terroru ilə bağlı bəyanat

8
(Yenilənib 11:09 29.10.2020)
"Riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir"

BAKI, 29 oktyabr — Sputnik. "10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu, 9 yaşlı Viktoriya, 13 yaşlı Şəhriyar, 13 yaşlı Artur, 14 yaşlı Fərid, 15 yaşlı Fidan, 15 yaşlı Nigar, 16 yaşlı Orxan. Bunlar, Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda bir ay davam edən döyüşlər zamanı öldürülən 10 uşağın adları və yaşlarıdır. 11 yaşlı oğlan və 12 yaşlı qızın adları hələlik açıqlanmayıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə UNICEF-in Dağlıq Qarabağ və ətrafında gedən bir aylıq döyüşlərə dair yaydığı bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, 130 mindən çox insan evlərindən didərgin düşüb, 76 məktəb və uşaq bağçasına ziyan dəyib, bir doğum evi topla atəşə tutulub: "Mülki bölgələrə gündəlik endirilən raket hücumlarının psixoloji təsirinə məruz qalan saysız-hesabsız uşaqlar qorxu keçirirlər. Riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir. UNICEF uşaqların bundan sonra da həlak olmaması üçün döyüşlərin dərhal və tam dayandırılması üçün bir daha müraciət edir".

8
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
Dərhal evə qaçdım, amma artıq gec idi - Erməni hücumu nəticəsində həlak olan Aysunun atası
Yalnız Xədicə sağ qalıb: qızın xalası onun vəziyyəti barədə danışıb
Şeyxdən II Qareginə irad: "Uşaqları hərbi savaşa çağırması..."
Gəncədə öldürülən 26 nəfərdən 10-u qadın, 6-sı uşaqdır - Baş Prokurorluq