Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi cəbhə xəttində gözlənilən hadisə ilə bağlı məlumat yayıb

362
(Yenilənib 11:20 05.12.2017)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

BAKI, 5 dekabr — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 6-da Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Gennadi Petrika keçirəcəklər.

362
Teqlər:
şəxsi nümayəndə, mandat, ATƏT, Ermənistan, monitorinq, Azərbaycan
Əlaqədar
Hərbi təhsil müəssisələrində monitorinq keçirilib
Monitorinq insidentsiz başa çatıb
Monitorinq baş tutub
Monitorinq baş tutdu