Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova

Azərbaycan 214 uşağı əsir girovluqdan azad edib

74
(Yenilənib 11:30 24.11.2017)
Atəşkəs dövründə 14 azərbaycanlı uşaq erməni terroru nəticəsində həlak olub

BAKI, 24 noyabr — Sputnik. Dağlıq Qarabağ münaqişəsi nəticəsində 175 nəfər azərbaycanlı uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir.

Sputnik Azərbaycan xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına verdiyi müsahibədə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova belə açıqlama verib.

O bildirib ki, Azərbaycanın qoşulduğu ilk beynəlxalq sənədlərdən biri "Uşaq Hüquqları haqqında Konvensiya"dır: "Bu, milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi".

"Həmçinin, Azərbaycan hökuməti bu sənəddən beynəlxalq tribuna kimi istifadə edərək, ilk dəfə Ermənistanın ərazimizə təcavüz etməsi, üç yüz mindən artıq qaçqın və məcburi köçkün düşmüş uşaqlar haqqında məlumatları dünya ictimaiyyətinə çatdırıb" — Hüseynova deyib.

"Dağlıq Qarabağ münaqişəsi müddətində Azərbaycan dövləti 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub, 66 uşaq itkin düşüb, 29 uşaq isə hələ də girovluqdadır. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edib və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si yaralanıb" — Komitə sədri bildirib.

74
Teqlər:
Azərbaycan, Hicran Hüseynova, sədr, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, YAP, uşaq, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Beləsi görünməmişdi: 37 yaşın ola, 38 uşağın
Beş yaşa qədər uşaqlar üçün universitet açıldı
Şok hadisə: Körpə uşaq narkotik dozasından öldü
Dostun ölümündən sonra tapılan dərman, xilas edilən uşaq, dünyanı ağuşuna alan xəstəlik
Afrikalı gəncə görə ərini və 9 uşağını fəda etdi