Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

Əli Həsənov: “Bu cür mövqe ilə razılaşmaq mümkün deyil”

26
(Yenilənib 17:26 20.11.2017)
"Etnik separatizm nəticəsində yaranan münaqişələrin 20-sindən çoxu hərbi toqquşmalarla müşayiət olunur"

BAKI, 20 noyabr — Sputnik. Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bidlirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçika Krallığının Brüssel şəhərində "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb. Forumun işində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin, separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimləri, həmçinin, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV nümayəndələrindən ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edir. 

Forumun "Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli? Seperatizmə məruz qalmış ölkələrin təcrübəsi" adlanan ilk panelində toplantı haqqında məlumat verən Beynəlxalq və Avropa məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, Ukraynada rezident əlaqələndiricisi, səfir Fransis Martin Odonel toplantının təşkilatçılarına minnətdarlığını bildirib. O, separatizmin müasir dünyanın ən aktual problemlərindən biri olduğunu vurğulayaraq bir çox ölkələrin bu problemdən əziyyət çəkdiyini qeyd edib. F.M.Odonel Azərbaycanın da separatizmdən əziyyət çəkən ölkələrdən biri olduğunu diqqətə çatdıraraq, ölkəmizin bu mövzu ilə bağlı mövqeyini ifadə etmək üçün sözü Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova verib.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi forumun mövzusunun olduqca aktual olduğunu vurğulayaraq, Avropa Birliyi, Şimali Afrika, Orta Şərq və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizm və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhrandan çıxış yollarının tapılmasının zəruriliyini diqqətə çatdırıb. "Müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini, 12,7 milyon kv.km ərazini əhatə edən 50-dən çox separatizm ocağı mövcuddur. Etnik separatizm nəticəsində yaranan münaqişələrin 20-sindən çoxu hərbi toqquşmalarla müşayiət olunur" – deyə Ə.Həsənov bildirib. 

Etnik separtizmin geniş bir coğrafiyada yayıldığını qeyd edən Ə.Həsənov BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasının vacib olduğunu vurğulayıb. O, beynəlxalq münasibətlər sistemində hökm sürən "ikili standartlar" siyasətinin etnik separatçılığa qarşı qətiyyətli və prinsipial mübarizə aparılmasına maneə yaratdığını deyib.

"Bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyastinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Hələ 1918-ci ildə Azərbaycan Xalq cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi dövrdə erməni separatizmi ilə üz-üzə qaldı. Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçdi" — deyə Həsənov vurğulayıb.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi Xocalı soyqırımı barədə danışaraq, Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyinə diqqəti çəkib. "Erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma "Dağlıq Qarabağ" rejimi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüquq prinsipləri təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdarlıq edərək, qəti şəkildə praktiki addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır" deyə bildirən Ə.Həsənov təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səylərinin nəticəsiz qalacağını qeyd edib. 

Cəbhə bölgəsi
© Sputnik / Murad Orujov

Azərbaycanın mədəniyyətlərarası dialoqa mühüm önəm verdiyini vuğrulayan Ə.Həsənov bəşəriyyətin mütərəqqi inkişafını bu amillərsiz təsəvvür etməyin çox çətin olduğunu deyib. O, Azərbaycanın "Avropa qonşuluq siyasəti", "Şərq tərəfdaşlığı" kimi proqramlar, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində gördüyü işlərin Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin köməkçisi ölkəmizin iştirakı ilə həyata keçirilən qlobal iqtisadi layihələrin əhəmiyyətinə diqqəti çəkərək bir sıra regionlarda sülhyaratma proseslərinin fəal iştirakçısı olduğunu bildirib. "Hazırda Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki sazişin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaqdır", deyə bildirən Ə.Həsənov qeyd edib ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsinin bu qurumla Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər.

Forum işini davam etdirir.

26
Teqlər:
Dağlıq Qarabağ məsələsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Nazim İbrahimov, Əli Həsənov, Azərbaycan
Əlaqədar
Nazir: "Dağlıq Qarabağ probleminin həlli planı masadadır"
Dağlıq Qarabağ mövzusunun üstündən sükutla keçildi
Türkiyə dövlət başçısından Dağlıq Qarabağ sözü
Şahinoğlu: “Dağlıq Qarabağ münaqişənin həlli üçün plan mövcuddur”
Bakıya gələn erməni deputat: "Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmayaq"
Kəlbəcər, arxiv şəkli

Ermənistanın ekoloji cinayətləri - işğal olunmuş ərazilərdə məhv edilmiş flora fauna

11
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev : İşğal olunmuş ərazilərimizdə 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.

BAKI, 20 oktyabr — Sputnik. Erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev "Beynəlxalq bitki sağlamlığı ili"nə həsr olunmuş bitki sağlamlığı və elmi tədqiqatlar" mövzusunda regional tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir:

"İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların florası barədə geniş məlumatlar yoxdur. Bunu nəzərə alaraq, həmin ərazilər tezliklə işğaldan azad olunandan sonra nadir və nəsli kəsilməkdə olan flora növlərinin araşdırılmasına başlanılacaq. Bu məqsədlə Azərbaycan Respublikası "Qırmızı Kitabı"nın III nəşrinin hazırlanması və nəşri planlaşdırılır".

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Bu günədək Azərbaycanın onlarla yaşayış məntəqəsi işğaldan azad edilib. Lakin təəssüflə qeyd etməliyik ki, ermənilər işğal etdikləri ərazilərdəki hər şeyi, eləcə də flora və faunanı məhv ediblər.

11
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik kəsəcəyik!

39
(Yenilənib 22:01 20.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

BAKI, 20 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə keçirilən növbəti iclasdan sonra verdiyi açıqlamasında Azərbaycana yenə də dəstək mesajı ünvanlayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

O, həmçinin, vurğulayıb ki, Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər Türkiyəyə dəstək üçün üz tutan hər kəsə kömək əli uzadılıb və bu, davam edəcək:

"Ölkəmizin də daxil olduğu coğrafiyada yaşananlara baxdığımızda Türkiyənin uzun illərdən bəri mübarizələrə ev sahibliyi etdiyini görürük. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik".

39
Əlaqədar
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Ərdoğan afrikalılara müraciət etdi: "Azərbaycanın yanında olacağınızı düşünürəm"
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ərdoğan: Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik
Ərdoğan nazirləri toplayır, Qarabağdakı durum müzakirə olunacaq
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

0
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

0
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN