Cəbhə bölgəsi

Atışma səngimir

9
(Yenilənib 13:55 03.11.2017)
Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub

BAKI, 3 noyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

9
Teqlər:
atəş, Ermənistan, cəbhə, mövqe, silahlı qüvvələr
Əlaqədar
Ermənistan atəşkəsi pozmaqda davam edir
Mövqelərimiz atəşə məruz qalıb
Azərbaycan ordusunun mövqeləri pulemyotlardan atəşə tutuldu
Atəşkəs rejimi yenidən pozulub
Mövqelərimiz atəşə tutulub
Fransa Senatının binası, arxiv şəkli

Fransa Senatının Qarabağla bağlı qətnaməsinə Rusiya Dövlət Dumasından reaksiya verildi

1
(Yenilənib 19:47 26.11.2020)
"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

BAKI, 26 noyabr — Sputnik. Fransa Senatı, Fransa hökumətini Azərbaycan ərazisindəki saxta "Dağlıq Qarabağ Respublikası" (DQR) rejiminin "müstəqilliyini" tanımağa çağıraraq, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini pozmağa çalışdı. Sputnik Azərbaycan "Vestnik Kafkaza"-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

"Mən Rusiyanın müharibəni sona çatdırması və münaqişə tərəflərini normal nizamlanma yoluna gətirməsinə görə Fransa, həmçinin ABŞ-dan inciklikdən başqa bir şey gözləmirdim. İşlərin sülhə doğru getdiyini, tərəflərin razılığa gəldiyini görən Paris bu prosesi pozmaq, hər hansı bir gərginlik yaratmaq cəhdlərini bərpa etdi", - deyə Kalaşnikov qeyd edib.

O qeyd edib ki, hazırkı mərhələdə bu cür addımlar tamamilə qeyri-konstruktivdir: "Hazırda bu cür müdaxilələr, xüsusi ilə Minsk Qrupunun həmsədrinin müdaxiləsi sadəcə yolverilməzdir. Bu qətnamə Cənubi Qafqazda heç kimə xeyir verməyəcək".

"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

"İndi isə bu, bir daha təsdiqləndi, artıq Senatda deputat çoxluğu ilə. Hüquqi cəhətdən bu qətnamənin heç bir çəkisi yoxdur, siyasi cəhətdən isə o, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz təsirini bərpa etmək üçün son cəhdi idi. Lakin əməldə bu, Parisin vasitəçilik missiyasından imtinasıdır".

Ekspert vurğulayıb ki, bu qətnamə heç bir halda Rusiya və Türkiyənin Cənubi Qafqazda mövqelərinə təsir etməyəcək: "Ümumiyyətlə, bu, sadəcə Parisin maraqlarına zərbə vuracaq olan axmaq hərəkətdir. Fransanın tərəfdaş və ya rəqib olmasından asılı olmayaraq, Azərbaycanın müvafiq nəticələr çıxaracağı aydındır".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar".

1
Teqlər:
Kalaşnikov, Leonid Kalaşnikov, Rusiya Dövlət Duması, Qarabağ, Fransa Senatının qətnaməsi, Fransa Senatının qərarı, Senat, Fransa
Dağlıq Qarabağ, arxiv şəkli

Ölkəmizin "Yaşıl apteki"ndə indi vəziyyət necədir - TƏBİB statistikanı açıqladı

10
(Yenilənib 17:37 26.11.2020)
İşğaldan əvvəl rayonda 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib.

BAKI, 26 noyabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, işğaldan əvvəl rayonda 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib. Həmçinin, burada 9 aptek vətəndaşlara xidmət göstərib.

"Ümumiyyətlə, Kəlbəcər rayonu "yaşıl aptek" adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi", - deyə məlumatda qeyd olunub.

10
Teqlər:
aptek, xəstəxana, statistika, səhiyyə, TƏBİB, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Kəlbəcər rayonu, Kəlbəcər