Azərbaycan əsgəri

Ermənistan atəşkəsi pozmaqda davam edir

8
(Yenilənib 11:21 01.11.2017)
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 1 noyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

8
Teqlər:
mövqe, cəbhə, silahlı qüvvələr, Ermənistan
Əlaqədar
Mövqelərimiz atəşə məruz qalıb
Azərbaycan ordusunun mövqeləri pulemyotlardan atəşə tutuldu
Yenə atəşkəs xəbəri var
Atəşkəs rejimi yenidən pozulub
Mövqelərimiz atəşə tutulub
Роберт Кочарян

Robert Köçəryan: Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi

4
(Yenilənib 06:41 05.12.2020)
Köçəryanın sözlərinə görə, bütün uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o, bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib.

BAKI, 5 dekabr - Sputnik. “Müharibənin qarşısını almaq olardı, ancaq Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi”.

APA xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan “5-ci kanal” telekanalına verdiyi müsahibəsində deyib.

“Əminəm ki, Ermənistan hakimiyyəti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Hər şey edildi. Yeni bir şey söyləməyəcəyəm, çünki bu bir ay ərzində mətbuatı izlədim. Demək olar ki, hər şey deyildi, sadəcə, deyilənləri vahid bir təsəvvür yaratmaq üçün ümumiləşdirə bilərsiniz. Niyə danışıqlar prosesi dalana dirəndi. Qəsdən edildi. Qarşılıqlı müstəsna bəyanatlar elə bir vəziyyət yaratdı ki, hətta həmsədrlər də erməni tərəfinin nə istədiyini anlamadılar”, - Köçəryan belə deyib.

Onun sözlərinə görə, bütün bu uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o, bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib.

“Tavuşda sərhəd münaqişəsi təxribatı. Bizim tərəfimizdən törədilmiş təxribat. Bəli. Şimalda. Baş Qərargah rəisi deyəndə ki, 12 iyunda Ermənistanın müharibəyə hazır olmadığı barədə məruzə göndərib və bundan bir ay sonra belə bir təxribata cəhd etmək, bu insidentin mahiyyətini şişirtmək – 70 nəfəri ordenlərlə təltif edərək, Azərbaycanı və Türkiyəni məğlub etdiyimizi demək – bunlar müharibəyə yönəlmiş təxribat deyildisə, bəs nə idi? Əgər bilirsənsə hazır deyilsən, niyə bu addımı atırsan? Çünki düşündün ki, Türkiyə və Azərbaycan bunu sadəcə həzm edəcək?” - deyə sabiq prezident sözlərinə davam edib.

R.Köçəryan bildirib ki, Azərbaycana qarşı təxribatlarda boş sözlərə meyl etmək lazım deyildi:

“Bunu da bir hökumət üzvü etdi və əminliklə deyə bilərik ki, baş nazirin qurumu tərəfindən edildi.

Yeri gəlmişkən, bu cür davranmaq yalnız o halda mümkün idi ki, sən bir üstünlüyə maliksən və o qədər güclüsən ki, bu cür nüanslara əhəmiyyət vermirsən. Ancaq bu belə deyil: resurslar, əhali, büdcə, ümumi daxili məhsul baxımından. Bu doğru deyil. Yenə deyirəm, hökumətimiz şüurlu və ya şüursuz olaraq bu müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Bu bir həqiqətdir”.

4
Teqlər:
baş nazir Nikol Paşinyan, erməni təxribatı, Tovuz, Ermənistan, Robert Köçəryan
DİN əməkdaşları Suqovşanda, arxiv şəkli

"Euronews" Suqovuşan kəndindən reportaj hazırlayıb

19
(Yenilənib 23:25 04.12.2020)
"Qarabağın göz yaşı və sevinci" adlanan reportajda yenidən kəndinə qayıdan Xaliq Hümbətov danışıb. O, Suqovuşanı 14 yaşında tərk etdiyini və gedərkən ermənilər tərəfindən atlarının əllərindən alındığını deyib

BAKI, 4 dekabr — Sputnik. "Euronews" bu dəfə işğaldan azad edilmiş Suqovuşan kəndindən reportaj hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Qarabağın göz yaşı və sevinci" adlanan reportajda yenidən kəndinə qayıdan Xaliq Hümbətov danışıb.

O, Suqovuşanı 14 yaşında tərk etdiyini və gedərkən ermənilər tərəfindən atlarının əllərindən alındığını deyib.

Qeyd edək ki, Azərbaycan Ordusu Suqovuşanı 3 oktyabrda işğaldan azad edib.

19

"Qızıl Tısbağa 2020" müsabiqəsinin qalibləri - Maraqlı FOTOlar

0
(Yenilənib 06:41 05.12.2020)
Beynəlxalq "Qızıl Tısbağa 2020" bədii müsabiqəsinin qalibləri məlum olub. Sputnik Azərbaycan münsiflər tərəfindən yüksək qiymətləndirilmiş işləri təqdim edir.

Bu günlərdə Moskvada keçirilən The Golden Turtle (Qızıl Tısbağa) Beynəlxalq interaktiv vəhşi təbiət festivalı çərçivəsində ən yaxşı vəhşi təbiət fotoşəkillərinin müsabiqəsi keçirilib.

Nüfuzlu müsabiqənin münsiflər heyəti 110 ölkədən olan iştirakçılar tərəfindən gönədrilmiş iki mindən artıq fotoşəkli nəzərdən keçirib.

"Qızıl Tısbağa" festivalı BMT-nin biomüxtəlifliyi qorumaq üzrə səfiri hesab edilir. Şüarı "Təbiəti sənət vasitəsilə qorumaq" olan festivalın məqsədi dünyamızın bütün gözəlliyini, müxtəlifliyini və qiymətsizliyini göstərməkdir.

 

0