Cəbhə bölgəsi

Ermənistan vəziyyəti gərginləşdirməkdə davam edir

17
(Yenilənib 10:23 20.10.2017)
Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub

BAKI, 20 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 143 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

17
Teqlər:
atəş, mövqe, bölgə, cəbhə, silahlı qüvvələr, Ermənistan
Əlaqədar
Atəşkəs rejimi yenidən pozulub
Mövqelərimiz atəşə tutulub
Bir neçə rayonumuz atəşə tutulub
Azərbaycan ərazisi minaatanlardan atəşə tutuldu
Atəşkəs rejimi növbəti dəfə pozulub
Mövqelərimiz atəşə məruz qalıb
Чингиз Абдуллаев

Xalq yazıçısı: “Tariximizi unutsaq, onlar yenidən işğala başlamaq üçün güc toplayacaqlar”

3
(Yenilənib 09:49 05.12.2020)
Xalq yazıçısı Çingiz Abdullayev deyir ki, bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar
Çingiz Abdullayev: “Bizim tarixi muzeylərimiz çox olmalıdır”

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Xalq yazıçısı Çingiz Abdullayev Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu Sərəncam çox lazımlıdır:

“Bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar. Əgər biz bu tarixi unutsaq, onlar torpaqlarımızı işğal etmək üçün yenidən güc toplayacaqlar. Mən inanmaq istəyirəm ki, bu məsələ həmişəlik həll olunub, müharibə bitib və biz bir daha torpaqlarımızı itirməyəcəyik. Bizim tarixi muzeylərimiz çox olmalıdır ki, uşaqlarımız tariximizi bilsinlər”.

Çingiz Abdullayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
Роберт Кочарян

Robert Köçəryan: Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi

16
(Yenilənib 06:41 05.12.2020)
Köçəryanın sözlərinə görə, bütün uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o, bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib.

BAKI, 5 dekabr - Sputnik. “Müharibənin qarşısını almaq olardı, ancaq Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi”.

APA xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan “5-ci kanal” telekanalına verdiyi müsahibəsində deyib.

“Əminəm ki, Ermənistan hakimiyyəti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Hər şey edildi. Yeni bir şey söyləməyəcəyəm, çünki bu bir ay ərzində mətbuatı izlədim. Demək olar ki, hər şey deyildi, sadəcə, deyilənləri vahid bir təsəvvür yaratmaq üçün ümumiləşdirə bilərsiniz. Niyə danışıqlar prosesi dalana dirəndi. Qəsdən edildi. Qarşılıqlı müstəsna bəyanatlar elə bir vəziyyət yaratdı ki, hətta həmsədrlər də erməni tərəfinin nə istədiyini anlamadılar”, - Köçəryan belə deyib.

Onun sözlərinə görə, bütün bu uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o, bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib.

“Tavuşda sərhəd münaqişəsi təxribatı. Bizim tərəfimizdən törədilmiş təxribat. Bəli. Şimalda. Baş Qərargah rəisi deyəndə ki, 12 iyunda Ermənistanın müharibəyə hazır olmadığı barədə məruzə göndərib və bundan bir ay sonra belə bir təxribata cəhd etmək, bu insidentin mahiyyətini şişirtmək – 70 nəfəri ordenlərlə təltif edərək, Azərbaycanı və Türkiyəni məğlub etdiyimizi demək – bunlar müharibəyə yönəlmiş təxribat deyildisə, bəs nə idi? Əgər bilirsənsə hazır deyilsən, niyə bu addımı atırsan? Çünki düşündün ki, Türkiyə və Azərbaycan bunu sadəcə həzm edəcək?” - deyə sabiq prezident sözlərinə davam edib.

R.Köçəryan bildirib ki, Azərbaycana qarşı təxribatlarda boş sözlərə meyl etmək lazım deyildi:

“Bunu da bir hökumət üzvü etdi və əminliklə deyə bilərik ki, baş nazirin qurumu tərəfindən edildi.

Yeri gəlmişkən, bu cür davranmaq yalnız o halda mümkün idi ki, sən bir üstünlüyə maliksən və o qədər güclüsən ki, bu cür nüanslara əhəmiyyət vermirsən. Ancaq bu belə deyil: resurslar, əhali, büdcə, ümumi daxili məhsul baxımından. Bu doğru deyil. Yenə deyirəm, hökumətimiz şüurlu və ya şüursuz olaraq bu müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Bu bir həqiqətdir”.

16
Teqlər:
baş nazir Nikol Paşinyan, erməni təxribatı, Tovuz, Ermənistan, Robert Köçəryan