QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

AŞPA-da baş verənlərin səbəbi açıqlanıb

© Photo : REPORTAvropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Ştefan Şennak
Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Ştefan Şennak - Sputnik Azərbaycan
Abunə olmaq
AŞPA-nın Alt Komitəsində Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə fasilə yaranmasının səbəbi bəlli oldu

BAKI, 13 oktyabr — Sputnik. "Avropa Şurası Parlament Assambleyasının Alt Komitəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan müzakirələrdə hələlik fasilə yaranıb".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Ştefan Şennak bildirib. Onun sözlərinə görə, fasilənin yaranması AŞPA-nın Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Böyük Britaniyadan olan deputat Alan Mealein səlahiyyət müddətinin bitməsi ilə bağlıdır.

"Onun AŞPA yanında missiyası bu ilin sonunda başa çatacaq. Alt Komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr gələn ilin əvvəlində Ermənistan üzrə yeni həmməruzəçinin seçilməsindən dərhal sonra başlayacaq".

Xəbər lenti
0