“Erməni işğalının görünməyən tərəfləri” mövzusunda mətbuat konfransı

Erməni vandalizminə dair dəhşətli faktlar ortaya çıxıb

157
(Yenilənib 16:17 10.10.2017)
"Ermənistan bu ərazilərin ermənilərə məxsusluğunu dünyaya sübut etməyə çalışır"

BAKI, 10 oktyabr — Sputnik. "Erməni işğalı 25 ildir ki, davam edir. Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Bir milyondan çox insan erməni işğalından əziyyət çəkir. Bu, işğalın görünən tərəfidir".

Bu gün, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə, Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin həyata keçirdiyi "Azərbaycanın İşğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin elektron məlumat bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaqdır" adlı layihəsi ilə əlaqədar keçirilən tədbirdə, İctimai Birliyin sədri Faiq İsmayılov belə deyib.

"İşğal altındakı ərazilərdə Azərbaycanın bütün milli mədəni sərvəti gizli şəkildə məhv edilir, tarixi dəyişdirilir, xristian dövrü erməniləşdirilir, islam dini abidələri dağıdılır, ərazidə müxtəlif ölçülü monumental erməni incəsənət abidələri, erməni xaçları, yeni-yeni erməni kilsələri tikilib beynəlxalq səviyyədə təbliğ etməklə, Ermənistan bu ərazilərin ermənilərə məxsusluğunu dünyaya sübut etməyə çalışır. Bu isə erməni işğalının gizli məqamları, yəni görünməyən tərəfidir" — o, əlavə edib.

İsmayılovun sözlərinə görə, Azərbaycan ərazislərində tarix və mədəniyyət abidələri ayrı-ayrı qruplar üzrə 900-ə yaxın rəsmi dövlət qeydiyyatında olan və dövlət qeydiyyatından kənarda qalan 2550 sayda tarix və mədəniyyət abidələri erməni işğalı altındadır: "Sovet dövründə Azərbaycanın kifayət qədər tarixi abidələri qeydiyyata alınmayıb. Bizim tədqiqatlarımız zamanı məlum oldu ki, həmin abidələrin sayı 4500-dür və onların 30 mindən çox görüntüsü var".

"Bizim araşdırmamız zamanı məlum olub ki, Ağdərə ərazisində 1390 abidə qeydə alınıb. Amma biz onların cəmi 86–sının görüntüsünü əldə edə bilmişik. Hər bir abidəyə aid bir neçə şəkil və məlumat var. O cümlədən Xocavənd rayonu ərazisində 350 dən çox abidə qeydə alınıb. Onların əksəriyyəti çox unikal və təkrarsızdır" — birlik sədri bildirib.

"Eyni zamanda, biz o abidələrin siyahısını tərtib edə bildik. Siyahı tərtib edilərkən bir neçə kateqoriyaya bölünüb. Xocavənd abidələri haqqında məlumatları qruplaşdırıb rus və Azərbaycan dillərində yazmışıq. Təqdim olunan Elektron Məlumat Bazası yaradılıb. Bazada Azərbaycanın bütün abidələri qeydə alınıb" — F. İsmayılov vurğulayıb.

157
Teqlər:
ictimai birlik, ərazi, Faiq İsmayılov, abidə, Ermənistan, Azərbaycan, işğal, erməni
Əlaqədar
Xocavəndin işğalının başa çatması
İlham Əliyev BMT tribunasından dünyaya səsləndi: "25 illik işğal faktı var"
Ermənistan ordusu işğal altındakı torpaqlarımızda hərbi təlimlərə başlayıb
"Ağdamın işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər"
"Aprel döyüşləri Azərbaycanın heç vaxt işğalla barışmayacağını göstərdi"
Arif Quliyev zərərçəkən

Ağdamda minaya düşən Xocalı sakini hadisənin necə baş verdiyini anladıb

26
(Yenilənib 14:52 18.04.2021)
“Özüm Xocalı rayonundan məcburi köckün düşmüşəm və Ağcabədi rayonun Yuxarı Qıyaməddinli kəndində məskunlaşmışam. Ağdam rayon ərazisində heyvan otararkən minaya düşdüm sol ayağımı itirdim."

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 18 aprel - Sputnik. Ötən gün axşam saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə bədbəxt hadisə baş verib. Xocalı rayonundan məcburi köçkün olan Arif Quliyev qoyun otararkən minaya düşüb.

Onun sözlərinə görə, hadisə baş verən vaxt o ərazidə tək olub.

“Özüm Xocalı rayonundan məcburi köckün düşmüşəm və Ağcabədi rayonun Yuxarı Qıyaməddinli kəndində məskunlaşmışam. Ağdam rayon ərazisində heyvan otararkən minaya düşdüm sol ayağımı itirdim.”, - deyə o, başına gələni Sputnik Azərbaycan-ın bölgə müxbirinə anladıb. 

Zərərçəkənin sözlərinə görə mina partlayışı zamanı heyvanlar xeyli uzaqda olduğundan tələfat olmayıb.

© Sputnik / Emin Alisahib
Çingiz Həsənov

Xəsarət alan şəxs Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayon mərkəzi xəstəxanasının travmotoloqu Çingiz Həsənov bildirib ki, yaralı gətrilərkən vəziyyəti ağır olub. Mina partlaması nəticəsində Arif Quliyev sol ayağın orta aşağı üçdə biri nahiyəsindən travmatik apmutasiya olunub.

"Xəstənin vəziyyəti ağır olduğu üçün Reanimasiyon tədbirlər aparıldı. Xəstənin sol baldırının yuxarı üçdə biri protokola uyğun olaraq travmatik amputasiya edildi. Hazırda xəstənin vəziyyəti kafidir.”, - deyə həkim bildirib.

Hazırda zərərçəkənin xəstəxanada müalicələri davam etdirilir.

26
Füzuli rayonunda yerləşən Araz qəzetinin nüsxəsi

Vətəninə qayıdan 90 yaşlı "Araz" bərpa olunacağı günü gözləyir

414
(Yenilənib 20:10 17.04.2021)
İşğaldan azad edilmiş Füzuli şəhərində ermənilər tərəfindən dağıdılmış "Araz" qəzetinin redaksiyası bərpa ediləcək.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Füzulidə ermənilər tərəfindən dağıdılmış "Araz" qəzetinin redaksiyası bərpa ediləcək. Bunu mədəniyyət naziri Anar Kərimov bir neçə gün əvvəl "Twitter" hesabında yazıb. Nazir qeyd edib ki, əsası 1931-ci ildə Füzulidə qoyulmuş "Araz" qəzeti Ermənistanın işğalından öncə regionda əsas media orqanı olub: "Binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas edilib. Biz onu bərpa edəcəyik".

Bu xəbərdən sonra üz tuturuq, Füzuli rayonunda olan "Araz" qəzetinin redaksiyasına. Qarşımıza dağılmış və vandalizmə məruz qalmış "Araz" qəzetinin redaksiyası çıxır.

  • Araz qəzetinin binası
    © Sputnik / Emin Alisahib
  • Araz qəzetinin binası
    © Sputnik / Emin Alisahib
  • Füzuli rayonunda yerləşən Araz qəzetinin nüsxəsi
    © Sputnik / Emin Alisahib
1 / 3
© Sputnik / Emin Alisahib
Araz qəzetinin binası

Əvvəlcə onu deyək ki, vaxtı ilə Füzuli rayonunda hamının abunə olduğu və oxuduğu yeganə qəzet "Araz" qəzeti olub. Qəzetlə bağlı ətraflı məlumat verən Füzuli Tarix-diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov deyir ki, "Araz"ın çoxlu oxucu kütləsi olub. "Günəş çıxmaya bilər, amma qəzet mütləq çıxmalıdır", prinsipi ilə çap edilən bu qəzet rayon mətbəəsində həftədə üç dəfə 3500-4000 nüsxə tirajla çıxıb: "Füzulidə nəşr olunan "Araz" qəzeti azsaylı redaksiyalardan idi ki, burada texniki işçilərin də çoxu universitetin Jurnalistika fakültəsinin məzunları idi. Yəni "Araz" redaksiyada sürücüdən və xidmətçidən başqa hamısı diplomlu idi. Doğrudan da korrektor, teletaypçı, makinaçı, hətta yerli radio verilişlərinin diktoru da ixtisasca jurnalist idi. Əlbəttə ki, belə bir kollektiv, dərc olunan qəzetdə rayonun sosial-iqtisadi və mədəni həyatını dolğun şəkildə işıqlandırırdı".

Müsahibimizin sözlərinə görə, "Araz" qəzetinin redaksiyası 1931-ci ildə yaradılıb. Lakin, qəzet 1966-cı ilə qədər "Qızıl Araz" adı ilə nəşr olunub. 1966-cı ildən sonra isə "Araz" adı ilə nəşrini davam etdirib. İşğaldan sonra isə "Qarabulaq" və hal-hazırda "Qayıdış" adı ilə nəşr olunur. Elçin Əsədov deyir ki, "Araz" qəzeti Ermənistanın işğalından əvvəl bölgədəki əsas media orqanı olub: "Ermənilər buranı işğal etməzdən əvvəl redaksiya tam heyəti ilə işləyirdi. İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Düzdür, "Araz" qəzetinin redaksiyasının bərpası nəzərdə tutulur. Əslində biz bərpanı da gözləyirdik. Çünki, bu qəzetin tarixi xeyli qədimlərə dayanır. 90 yaşlı "Araz" qəzetinin Füzuli Tarix-diyarşünaslıq Muzeyində 500-ə müxtəlif vaxtlarda nəşr olunmuş nümunələri saxlanılır".

© Sputnik / Emin Alisahib
Araz qəzetinin binası XX əsr

Qeyd edək ki, muzeydə qorunub, saxlanılan qəzetlərdə gündəlik olaraq Füzuli rayonunun mədəni, siyasi, iqtisadi və əmək sahələrində çalışan zəhmətkeş insanlar haqqında məlumatlar verilib. Səhifələrində sözlərin də inci kimi seçilib, yer aldığı "Araz" qəzeti yəqin ki, yaxın günlərdə öz əvvəlki adını da geri qaytaracaq. Ümidvarıq ki, qarşıdakı günlərdə biz "Qayıdış" yox, elə 30 il əvvəlki "Araz" qəzetinin abunəçisi olcağıq…

414
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

0
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

0