Parlamentin iclası

Oqtay Əsədov sərt danışdı: "O postlarda oturmaları yolverilməzdir"

332
(Yenilənib 20:09 02.10.2017)
Spiker: "Burada dediyi sözlərin hamısı saxta və yalan oldu"

BAKI, 2 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında, parlamentin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini sərt tənqid edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Oqtay Əsədov, bu yaxınlarda Kristian Vigenin Azərbaycanda və Ermənistanda olmasına diqqət çəkib.

"Burada dediyi sözlərin hamısı saxta və yalan oldu. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü. Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə bir masa ətrafında oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur. Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir. Orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər" — spiker bildirib.

Parlament sədri deyib ki, Kristian Vigenin kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması doğru deyil: "Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması yolverilməzdir. Biz belə məsələlərə çox rast gəlmişik. Ölkəmizdə səfərdə olanda, təkliflə çıxış etdik ki, ATƏT-in Minsk qrupunun tərkibi genişləndirilsin, o da buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır".

Spiker Azərbaycan Prezidentinin BMT tribunasından çıxış edərkən Qərb təşkilatlarının ikili standartlara yol verdiyini bəyan etməsini də xatırladıb.

332
Teqlər:
Kristian Vigenin, plenar iclas, spiker, Oqtay Əsədov, Ermənistan, Milli Məclis, Azərbaycan, sədr
Əlaqədar
Milli Məclis təsdiq etdi
Milli Məсlisdə kredit problemi: "Bu məsələni birdəfəlik həll etmək lazımdır"
Oqtay Əsədov yaz sessiyasının hesabatını verdi
Milli Məclisin payız sessiyası başlayıb