Qarabağ

Qarabağ münaqişəsinin həllində köklü dəyişiklik olacaq

81
(Yenilənib 19:33 26.09.2017)
ATƏT PA-nın xüsusi nümayəndəsi: "Minsk qrupunun tərkibinə yenidən baxıla bilər"

BAKI, 26 sentyabr — Sputnik. "Gələn il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər".

APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Milli Məclisdə təmsil olunan partiya rəhbərləri ilə görüşdə səsləndirib. 

K. Vigenin Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmamasını başa düşdüyünü deyib: "Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur. Gələn il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər. Problemi yalnız atəşkəsin pozulması zamanı yox, daim diqqət mərkəzində saxlamaq lazımdır. Mən öz tərəfimdən münaqişənin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm. Lakin bununla kifayətlənmək olmaz. Yalnız ATƏT-in Minsk qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Biz özümüz də parlament üzvləri olaraq, müəyyən təşəbbüslər, təkliflər irəli sürməliyik. Bu təşəbbüslərdən biri kimi, səfərim zamanı Zəngilandan olan məcburi köçkünlərlə görüşdüm".

K. Vigenin vurğulayıb ki, münaqişə ilə bağlı mövcud "status-kvo" ATƏT Parlament Assambleyası üçün qəbuledilməzdir və tezliklə sülh yolu ilə dəyişdirilməlidir.

81
Teqlər:
Dağlıq Qarabağ münaqişǝsi, ATƏT Parlament Assambleyası, ATƏT-in Minsk qrupu, Milli Məclis, Kristian Vigenin, Zəngilan, Azərbaycan
Əlaqədar
Bakıya gələn erməni deputat: "Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmayaq"
"Dağlıq Qarabağ münaqişəsinin həlli siyasi qərarın qəbul olunmasını tələb edir"
Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm görüş olacaq
Lavrov: "Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı, əgər..."
Dağlıq rayonların əhalisi diqqətli olsun

Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər

18
(Yenilənib 17:01 01.03.2021)
Müdafiə Nazirliyi Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam rayonu 2020-ci il noyabrın 20-də erməni işğalından azad edilib.

18
Qarabağda Rusiya sülhməramlıları , arxiv şəkli

Rusiya sülhməramlıları üçün Xankəndi Xocavənddə şəhərcikliklər salındı

34
(Yenilənib 12:23 01.03.2021)
Bu artıq Rusiya sülhməramlı kontingenti üçün salınan səkkizinci belə şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir.

BAKI, 1 mart — Sputnik. Maddi-texniki təminat üzrə mütəxəssislər Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçün daha dörd blok-modul şəhərciyi salıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, şəhərciklər Xankəndi və Xocavənd rayonu ərazilərində salınıb.

Qarabağda Rusiya sülhməramlı kontingenti üçün salınan şəhərcik

Xatırladaq ki, bu artıq Rusiya sülhməramlı kontingenti üçün salınan səkkizinci belə şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir. Ayrıca elektrik, su təchizatı, isitmə sistemi var. Hərbçilər üçün şəhərcikdə çarpayılar, qarderoblar, mətbəx mebeli, masalar, stullar, duş, tibb məntəqəsi, uniforma təmizləyici otaq, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.

34
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0