BAKI, 24 sentyabr — Sputnik. Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri — Elmar Məmmədyarov və Eduard Nalbandyanın görüşü baş tutub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli müzakirə olunub.
Görüş zamanı Minsk Qrupu həmsədrlərinin oktyabrda Dağlıq Qarabağa səfəri barədə razılıq əldə edilib.
Burada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması ilə bağlı məsələ də müzakirəyə çıxarılıb.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini deyib. O, münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bildirib.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər paylaşıb. Aşağı Maralyan Cəbrayıl rayonunun Karxulu inzibati ərazi vahidinə daxildir və Araz çayının sol sahilində, düzənlikdə yerləşir.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 23 yanvar — Sputnik. Bu gün barəsində 107 gün heç bir xəbər çıxmayan şəhid baş leytenant Rahim Qabil oğlu Mikayılov doğulduğu Quba rayonunun İkinci Nügədi kəndində dəfn olunub. Sentyabr ayının 29-da şəhid xəbəri çıxsa da, nəşi gəlmədiyindən itkin kimi qeydə alınan Rahim Mikayılovun şəhid olma xəbəri son iki gündə tam təsdiqlənib və o, bu gün dəfn olunub.
Rahim Mikayılov ailəlidir. Şəhid olandan bir neçə gün sonra oğlu dünyaya gəlib.
Onu da qeyd edək ki, Quba bu gün Vətən müharibəsində qurban verdiyi 48-ci şəhidini dəfn edir.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".