BAKI, 22 sentyabr — Sputnik. Bu gün Fransanın paytaxtı Parisdə başlayan Beynəlxalq Qastronomiya Festivalında Azərbaycan da təmsil olunur. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Sena çayı sahilində qurulmuş və üç gün davam edəcək tədbirdə 40 ölkə iştirak edir.
Beynəlxalq Qastronomiya Günlərində azərbaycanlıları təmsil edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva bildirib ki, tədbirə hazırlıq işləri zamanı ermənilər növbəti dəfə təxribata əl atıblar. Belə ki, şəhərcikdə qurulan Ermənistan çadırında bu ölkə ilə yanaşı, Dağlıq Qarabağdakı separatçı rejimin qondarma bayrağı da asılıb. Lakin Azərbaycan diaspor rəhbərinin məsələyə müdaxiləsindən sonra təxribatın qarşısı alınıb və sözügedən bayraq endirilib.
Qeyd edək ki, Beynəlxalq Qastronomiya Günlərində Paris sakinləri, o cümlədən dünyanın müxtəlif bölgələrindən gəlmiş turistlər Azərbaycan çadırında zəngin mədəni irsimizdən nümunələrlə tanış ola biləcəklər. Tədbirdə Azərbaycan mətbəxindən isti yeməklər, şirniyyatlar, içkilər sərgilənəcək, onların dequstasiyası və satışı təşkil olunacaq. Bununla yanaşı süfrə mədəniyyəti, tariximizi əks etdirən əl işləri, milli sənətkarlıq nümunələri, geyim və bəzək əşyaları nümayişi olunacaq və musiqilərimiz səsləndiriləcək.
BAKI, 19 yanvar - Sputnik. Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, birgə fəaliyyət nəticəsində yanvar ayının 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb.
Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 174 ədədi piyada əleyhinə, 36 ədədi isə tank əleyhinə olan minalardır.
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".