QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Cənab Prezidentin tapşırığı var ki, o kənddə nə baş versə..."

© Sputnik / Murad OrujovЦеремонии презентации фильма "Начало большого возвращения – Джоджуг Марджанлы"
Церемонии презентации фильма Начало большого возвращения – Джоджуг Марджанлы - Sputnik Azərbaycan
Abunə olmaq
"İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabı və "Böyük qayıdışın başlanğıcı - Cocuq Mərcanlı" filmi təqdim edilib

BAKI, 21 sentyabr — Sputnik. Bu gün "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük qayıdışın başlanğıcı — Cocuq Mərcanlı" filminin təqdimat mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov önəmli açıqlamalar verib.

"İşğaldan azad edilən Cocuq Mərcanlı ilə bağlı görülən işlərdə məqsəd — dünya ictimaiyyətinə erməni işğalından azad edilmiş bir kəndin vəziyyətini çatdırmaq idi. Biz buna nail olduq. Cənab Prezidentin tapşırığı var ki, o kənddə nə baş versə, hamısı qeydə alınmalıdır. Və gedən proseslər bundan sonra da kitab şəklində hazırlanmalıdır" — Komitə sədri bildirib.

© Sputnik / Murad OrujovTəhsil naziri Mikayıl Cabbarov
Təhsil naziri Mikayıl Cabbarov - Sputnik Azərbaycan
1/6
Təhsil naziri Mikayıl Cabbarov
© Sputnik / Murad OrujovMilli Məclis sədrinin müavini Bahar Muradova
Milli Məclis sədrinin müavini Bahar Muradova - Sputnik Azərbaycan
2/6
Milli Məclis sədrinin müavini Bahar Muradova
© Sputnik / Murad OrujovMilli Məclisin deputatı Bəxtiyar Sadıqov
Milli Məclisin deputatı Bəxtiyar Sadıqov - Sputnik Azərbaycan
3/6
Milli Məclisin deputatı Bəxtiyar Sadıqov
© Sputnik / Murad OrujovCocuq Mərcanlı sakini Oqtay Həziyev
Cocuq Mərcanlı sakini Oqtay Həziyev - Sputnik Azərbaycan
4/6
Cocuq Mərcanlı sakini Oqtay Həziyev
© Sputnik / Murad OrujovCocuq Mərcanlı" filminin təqdimat mərasimi
Cocuq Mərcanlı filminin təqdimat mərasimi - Sputnik Azərbaycan
5/6
Cocuq Mərcanlı" filminin təqdimat mərasimi
© Sputnik / Murad OrujovCocuq Mərcanlı" filminin təqdimat mərasimi
Cocuq Mərcanlı filminin təqdimat mərasimi - Sputnik Azərbaycan
6/6
Cocuq Mərcanlı" filminin təqdimat mərasimi
1/6
Təhsil naziri Mikayıl Cabbarov
2/6
Milli Məclis sədrinin müavini Bahar Muradova
3/6
Milli Məclisin deputatı Bəxtiyar Sadıqov
4/6
Cocuq Mərcanlı sakini Oqtay Həziyev
5/6
Cocuq Mərcanlı" filminin təqdimat mərasimi
6/6
Cocuq Mərcanlı" filminin təqdimat mərasimi

Mərasimdə çıxış edən millət vəkili Bəxtiyar Sadıqov "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabı haqqında məlumat verib. O bildirib ki, kitabda tanınmış politoloqların, siyasətçilərin, müxtəlif sahələrdə çalışan insanların rəyi ilə yanaşı, baş verən hadisələrə beynəlxalq qiymətin izləri də yer alıb.

"Bir çox ölkələrin Azərbaycandakı səfirləri Cocuq Mərcanlıda olub, gördüklərini xarici mətbuata bildiriblər. Kitabda bu da yer alıb. Bütün bunlarla yanaşı, Cocuq Mərcanlının əvvəlki və indiki vəziyyəti də kitabda yer alıb" — Sadıqov vurğulayıb.

Daha sonra "Böyük qayıdışın başlanğıcı — Cocuq Mərcanlı" filmi nümayiş etdirilib. Tədbirdə, həmçinin Cocuq Mərcanlını heç vaxt tərk etməyən və buna görə "Əmək Ordeni" ilə təltif edilən Oktay Həziyev də çıxış edərək, yaşadığı vəziyyət haqqında danışıb.

Tədbirdə hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri də iştirak edirdilər.

Xəbər lenti
0