Cəbhəyanı kənd, arxiv şəkli

Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu

29
(Yenilənib 14:25 17.09.2017)
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan Azərbaycan ordusunun mövqelərini atəşə tutub

BAKI, 17 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 144 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

29
Teqlər:
Atəşkəsin pozulması, Müdafiə Nazirliyi, Ermənistan Respublikası, Ağdam rayonu, Tovuz rayonu, Cəbrayıl rayonu, Noyemberyan rayonu, Qazax rayonu
Əlaqədar
Atəşkəs pozulması halları davam edir
Ukrayna prezidenti atəşkəs təklif edir
Atəşkəs Tovuzda pozuldu, ATƏT başqa yerə getdi
Ermənistan atəşkəs anlaşmasına məhəl qoymur
ATƏT-in Minsk qrupunda Rusiyanı İqor Xovayev

Rusiyanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri kimdir?

13
(Yenilənib 11:27 30.07.2021)
Bundan sonra ATƏT-in Minsk qrupunda Rusiyanı İqor Xovayev təmsil edəcək, o, bu vəzifədə 10 ildən çox çalışmış İqor Popovu əvəz edib.

BAKI, 30 iyul — Sputnik. ATƏT-in Minsk qrupuna Rusiyadan yeni həmsədr təyin olunub. Bundan sonra qurumda İqor Popovun əvəzinə Rusiya Federasiyasını İqor Xovayev təmsil edəcək. Qeyd edək ki, İqor Popov 2010-cu ildən etibarən ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədr olub.

Rusiyanın ATƏT Minsk qrupunda yeni həmsədrinin tərcümeyi-halı

İqor Xovayev 1962-ci ildə anadan olub. 1988-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq fakültəsini bitirən Xovayev elə həmin ildə də diplomatik xidmətə qəbul olunub. 2017-ci ildə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik ranqına layiq görülüb.

1988-ci ildən etibarən SSRİ və Rusiyanın Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışıb. 2005-2010-cu illərdə Rusiyanın Vyetnamdakı səfirliyində müşavir-elçi, 2010-2015-ci illərdə Rusiya XİN üçüncü Asiya departamentinin direktor müavini olub.

2015-ci ilin martın 2-dən 2020-ci il sentyabrın 21-dək Rusiyanın Filippin, Palau və Mikroneziyada fövqəladə və səlahiyyətli səfiri olub. Elə həmin ilin mayın 5-dən etibarən eyni zamanda Marşal adalarında da Rusiyanın fövqəladə və səlahiyyətli vəzifəsini icra edib.

İngilis, fransız və Vyetnam dillərini bilir.

Eləcə də oxuyun:

13
Teqlər:
ATƏT-in Minsk Qrupu, Rusiya, həmsədr, İqor Popov
Флаги ОБСЕ

Atəşkəsin pozulmasına beynəlxalq reaksiyalar artır

9030
(Yenilənib 10:49 30.07.2021)
,
ATƏT-in Minsk Qrupu da Azərbaycan-Ermənistan sərhədindəki son günlər artan gərginliklə əlaqədar bəyanat yayıb.

BAKI, 29 iyul — Sputnik. ATƏT-in Minsk Qrupu Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib.

Bəyanatda bildirilib ki, həmsədrlər (Fransa -Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Kovayev) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir. Həmsədrlər Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.

"Həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edir və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırır. Tərəflərin prioritetlərini əks etdirən, heç bir şərt qoymadan, formalaşan gündəliyi birlikdə nəzərdən keçirmək və razılığa gəlmək üçün, ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar edirlər.

Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və onun komandasının davamlı səylərini dəstəklədiklərini bir daha təsdiqləyirlər", - bəyanatda bildirilib.

ABŞ Dövlət Departamentinin reaksiyası

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin artmasını pisləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Ned Prays bildirib.

O bildirib ki, ABŞ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməmək üçün dərhal addımlar ataraq atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır.

"Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik, yalnız həll olunmamış bütün məsələləri əhatə edən hərtərəfli həll yolunun iki ölkə arasındakı münasibətləri normallaşdıra biləcəyini və bölgə xalqlarının birlikdə sülh şəraitində yaşamasını təmin edə biləcəyini göstərir. ABŞ Ermənistan və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda substantiv müzakirələrə qayıtmağa çağırır", - deyə Ned Prays bildirib.

Moskvanın reaksiyası

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Əfqanıstan, eləcə də Azərbaycanla Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.

Putinin sözçüsü Dmitri Peskov bildirib ki, iclasda Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, TŞ katibi Nikolay Patruşev, DİN rəhbəri Vladimir Kolokoltsev, FTB direktoru Aleksandr Bortnikov, XKX rəhbəri Sergey Narışkin, prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

"İclas zamanı iştirakçılar Rusiyanın sosial-iqtisadiu inkişafının cari məsələlərini müzakirə ediblər. Həmçinin beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən Əfqanıstanda və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə də toxunulub"

Ankaranın reaksiyası

"Ermənistan tərəfindən Azərbaycanın sərhəd rayonlarının atəşə tutulması regionun təhlükəsizliyi üçün təhdiddir. Bunu Türkiyə Parlamentinin sədri Mustafa Şəntop bildirib.

Türkiyə Parlamentinin spikeri hesab edir ki, Ermənistan tərəfindən təxribatlar regional müharibəyə səbəb ola bilər.

Həmçinin oxuyun: 

* MN: Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir

* Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üçün məlumatlar təklif edir

Putin Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətlə bağlı təcili iclas çağırdı

* MN: Azərbaycan Rusiyanın atəşkəs təşəbbüsünə razılıq verdi, Ermənistan isə...

* Ermənistan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir? – Arzu Nağıyev şərh edir

9030

Mehriban Əliyevadan Türkiyəyə dəstək

0
Birinci vitse-prezident Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladığını bildirib.

BAKI, 30 iyul — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş verən yanğınlarla bağlı paylaşım edib. Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir:

"Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"

Türkiyədə meşə yanğınları

Qeyd edək ki, Türkiyədə, Antalyanın Manavqat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub. İyulun 28-dən başlayan yanğın Manavqat rayonunun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb. Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 4 nəfər həlak olub, 183 nəfər isə xəsarət alıb. Yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

Azərbaycandan dəstək 

Cümə günü, iyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədəki dəhşətli yanğınlarda insanların həlak olması ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. O, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov da meşə yanğınları zamanı həlak olanlarla bağlı Türkiyəyə başsağlığı verib. Bayramov bunu özünün feysbukdakı hesabında yazıb: “Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya zəng vurub. Əsədov meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğunu vurğulayıb.

Eləcə də oxuyun:

 

0
Teqlər:
Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə, yanğın, paylaşım