Tərtər rayonunun Yuxarı Qaradağlı kəndi

Cəbhə bölgəsində həyəcanlı anlar: hər kəs gecəni gözləyir

2403
(Yenilənib 08:08 18.09.2017)
Ermənistan əndazəni aşdı: bir həftə ərzində atəşi dayandırmasa...

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Son 2 ildə pambığın alış qiymətinin artması bölgədə fəaliyyət göstərən fermerlərin bu sahəyə olan marağını artırıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ötən mövsüm Tərtər rayonunda 1300 ha ərazidə çiyid səpini aparılmışdısa, bu il pambıq əkilən sahələr 3100 ha-dan çoxdur. Amma rayonun əkin sahələrinin bir qismi cəbhə xəttində yerləşdiyindən məhsulun yığımında problemlər yaranıb.

Səxavət Cabbarov Tərtərin cəbhə xəttində yerləşən Yuxarı Qaradağlı kəndindəndir. Tədarükçü şirkətlə bağladığı müqavilə əsasında, 14 ha sahədə pambıq yetişdirib. Təxmininə görə, becərdiyi sahələrdən 40 sentnerdən yuxarı məhsul əldə etmək mümkündür.

Fermer Səxavət Cabbarov
© Sputnik / Ramil Ibrahimov
Fermer Səxavət Cabbarov

Tarlasının 2 hektarından məhsulun toplanmasında problem olmasa da, torpaq sahibi digər 12 ha sahədə pambığı yığa bilmir. Səbəb həmin əkin sahəsinin birbaşa təmas xəttində yerləşməsi və qarşı tərəfdən aydın müşahidə edilməsidir.

"Gündüz saatlarında sahəyə kombayn salsam, düşmən texnikanı atəşə tutacaq. Bizim ailənin yeganə dolanışığı torpaqdır. Becərməliyik ki, qazanc götürək. Təhlükəli də olsa, qorxa-qorxa da olsa, gecələr əkmişik. Mənlə birlikdə bütün ailəm gözləmişik ki, hava qaralsın, gedib becərək" — deyir S. Cabbarov.

"Min bir əziyyətlə ərsəyə gəlib. Yaxşı da məhsul var. Amma tarlaya girmək təhlükəlidir. Bilirəm ki, oraya kombayn girsə, ermənilər atacaqlar. Əvvəllər dəfələrlə taxıl biçəndə, yaxud başqa məhsullar əkib-yığanda gülləyə tutublar" — o, əlavə edir.

Pambıq qozası
© Sputnik / Ramil Ibrahimov
Pambıq qozası

Fermer həmin ərazidə məhsulu əl yığımı ilə toplamağın da təhlükəli olduğunu deyir. İnsanlarin atəşə məruz qalacağı qorxusu var. Üstəlik yay boyunca işğal altındakı ərazilərdə törədilən yanğınlar sürünənlərin əkin sahələrinə keçməsinə səbəb olub. Bu da əl yığımını çətinləşdirir, risk yaradır.

Səxavət Cabbarov, bir həftə ərzində yığıma başlanılmasa, məhsulun zay olacağını bildirir: "Zavoda 10 min manat borcum var. Məhsulu yığıb, təhvil verməliyəm ki, həm borcumu bağlayım, həm də qazanc götürüm. İndi o pambığı yığıb verməsəm, 10 min manat qalacaq mənim öhdəmdə. Kənd bələdiyyəsinə xəbər vermişəm, görək nə kimi köməklik edə biləcəklər".

Kənd icra nümayəndəsi Lətif Həmidov
© Sputnik / Ramil Ibrahimov
Kənd icra nümayəndəsi Lətif Həmidov

Problemlə bağlı əlaqə saxladığımız kənd icra nümayəndəsi Lətif Həmidovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, hazırda Qapanlı və Yuxarı Qaradağlı kəndləri ərazisində 16 hektara yaxın əkin sahəsi birbaşa təmas xəttində yerləşir: "Həmin sahələrdən məhsulun toplanması zamanı təhlükəsizliyin təmin edilməsində vasitəçilik etməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisinə müraciət etmişik. Əgər müraciətə müsbət cavab verilərsə, cəmiyyətin vasitəçiliyi ilə 2 gün ərzində həmin sahələrdən məhsulu kombaynlar vasitəsiylə yığmaq mümkün olacaq".

"Bu insanlar tarlaya xərc qoyublar. Bildiyiniz kimi, Tərtər rayonunun əkin sahələri əvvəllər Sərsəng Su Anbarı vasitəsilə suvarılıb. İndi su anbarı işğalda olduğundan, suyun da qarşısı kəsilib" — icra nümayəndəsi bildirib.

O, qeyd edib ki, çətinliklə də olsa, əhali subartezianlar vasitəsilə pambığını suvarıb, becərib, ərsəyə gətirib: "Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciətimizə müsbət cavab verilsə, qısa müddətdə, heç olmasa, birinci üzü yığıb, çıxmaq olar".

Pambıq tarlası
© Sputnik / Ramil Ibrahimov
Pambıq tarlası

L. Həmidov onu da əlavə etdi ki, əgər Komitə tərəfindən müraciətə müsbət cavab verilməsə, məhsulun zay olmaması üçün, havanın qaralmasını gözləyib, əl yığımı ilə toplamağa məcbur olacaqlar.

2403
Teqlər:
Səxavət Cabbarov, Lətif Həmidov, kənd icra nümayəndəsi, sahə, tarla, əkin, pambıq, əkin-biçin, texnika, Sputnik Azərbaycan, Tərtər, atəş, məhsul, erməni, qiymət
Əlaqədar
Cəbhədə gərginlik davam edir
Ermənistan bütün cəbhə boyu atəşkəsi pozub
Azərbaycanda top mərmiləri cəbhədən 500 km aralıda tapıldı
Ekspert: “Cəbhədəki hadisələr Azərbaycanı qəti addım atmağa məcbur edir”
"Biz, cəbhədə bu vəhşiliyə son qoymalıyıq"
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Putinə niyə “yox” demişdi: erməni nazirin versiyası

35
Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb

BAKI, 29 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə oktyabrda, Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanmasından əvvəlki  telefon danışığının detallarını açılayıb.

Sputnik Azərbaycan bildirir ki, Paşinyan Putinlə “baş tutmayan” sövdələşmənin özünə məxsus versiyasını Facebook-da yazıb.

O qeyd edib ki, oktyabrın 19-da Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan zəng edərək müharibənin dayandırılmasının vaciblyini vurğulayıb. Bundan sonra Paşinyan Putinə zəng edib. O isə öz növbəsində bunun Rusiyanın təklifləri əsasında gerçəkləşdiriməsini təklif edib.

“Yəni status məsələsini bir tərəfə qoymaq, rayonları Azərbaycana qaytarmaq, rusiyalı sülhməramlıları yerləşdirmək. Mən dedim ki, sülhməramlıları Dağlıq Qarabağın əvvəlki “sərhədləri” və Laçın dəhlizi boyunca yerləşdirmək lazımdır. O razı oldu, danışdıq ki, məsləhətləşmədən sonra mən bir də zəng edəcəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, sabahı gün Putin ona yenidən zəng edib və Azərbaycan Prezidenti İlham Əliyevin müharibəni dayandırmağa razı olduğunu, ancaq sülhməramlıların Dağlıq Qarabağın “sərhədləri” boyu yox, mövcud təmas xətti boyu yerləşdirilməsini tələb edib, çünki Bakı Hadrut və Talışdan geri çəkilməyəcəyini bəyan edib.

“Erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması məsuliyyətini də boynuna götürməliydi. Beləliklə, sülh alınmadı, çünki mən dedim ki, Hadrut məsələsində razılaşsam da, Şuşanın Azərbaycana təhvil verilməsini mümkün hesab eləmirəm”, - yazan erməni nazir qeyd edib ki, Putin bu qərara təəccüblənib.

“Mən öz fikirlərimi deyəndə Putin dedi ki, bu, məntiqlidir və bəzi detallardan xəbərsizdir”, - Paşinyan yazıb. Onun fikrincə, Yerevan Şuşanı təhvil versəymiş, Bakı yeni şərt – Qırmızı Bazar – Şuşa yolunu nəzarətə götürməyi – irəli sürəcəkmiş.

Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu şərtin onun ölkəsinə və Qarabağa təhlükə olduğunu deyib. Putin ermənilərin niyə bunda təhlükə gördüyünü anlamadığını deyib və beləliklə danışıqlar iflasa uğrayıb.

35
Teqlər:
telefon danışığı, Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Rusiya sülhməramlılarının təminatı üzrə fəaliyyət gerçəkləşdirilir

Rusiyadan Azərbaycana gələn rus sülhməramlılar yükləri Xankəndiyə çatdırılıb - VİDEO

29
(Yenilənib 20:20 29.11.2020)
Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb

BAKI, 29 noyabr - Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.
Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb.


Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.
Qeyd edək ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir.

29
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, polis, hərbi, Xankəndi, Ağdam, Bərdə, yük, hərbçi, Azərbaycan, Rusiya, sülhməramlılar, rus
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona