Ağdam rayonu, arxiv şəkli

Ermənistan ordusu işğal altındakı torpaqlarımızda hərbi təlimlərə başlayıb

235
(Yenilənib 18:06 13.09.2017)
Təlimlərdə ağır artilleriyadan da istifadə edilir

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Ermənistan silahlı birləşmələri Ağdamın işğal altındakı ərazilərində yenidən hərbi təlimlərə başlayıb. Təlimlərdə, əsasən ağır artilleriya və zirehli texnikadan istifadə edilir.

Cəbhəyanı kəndlərin sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, təlimlər Ağdam rayonunun Uzundərə adlanan ərazisi istiqamətində, bu gün təqribən saat 12.00 radələrindən başlayıb. Hazırda ara-sıra silah və partlayış səsləri eşidilməkdədir.

Atəş səsləri həmçinin, qonşu Tərtər və Bərdə rayonlarının ərazisində də eşidilir.

235
Teqlər:
Ermənistan silahlı birləşmələri, hərbi təlim, Ağdam
Əlaqədar
Azərbaycan hərbçiləri ABŞ ordusu ilə birgə təlimlərə qatılacaqlar
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib
Müdafiə Nazirliyinin rəhbərliyi HHQ Təlim Mərkəzində olub
Azərbaycan ordusu bu təlimlərə xeyli qüvvə cəlb edib
Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinlə

Lukaşenko Putinlə görüşəcəyini açıqladı: gündəmdə Qarabağ məsələsi var

7
(Yenilənib 14:40 16.04.2021)
Belarus Prezidenti Azərbaycana səfərindən sonra Putinlə telefon danışığında Qarabağ məsələsini müzakirə etmişdi.

BAKI, 16 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə Moskvada görüşmək niyyətindədir. İlkin məlumata görə, görüşün aprelin 22-də baş tutacağı gözlənilir. Bu barədə Belarus mətbuatı məlumat yayıb.

Sputnik Azərbaycan bildirir ki, Lukaşenko öz planlarını Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə açıqlayıb.

"Biz dünən Putinlə bir sıra məsələlərlə bağlı iş qrafikimiz haqqında danışdıq. Təxminən aprelin sonlarına doğru, çox güman ki, 22-də prezidentlə Moskvada görüşəcəyik", – deyə Lukaşenko dəqiqləşdirib.

Qeyd edək ki, Belarus Prezidenti Azərbaycana səfərindən sonra Putinlə telefon danışığında Qarabağ məsələsini müzakirə etmişdi. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, prezidentlər müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

7
Teqlər:
görüş, Vladimir Putin, Aleksandr Lukaşenko

Minaya düşən hərbçimiz şəhid olub - FOTO

625
İtkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbçisi həkimlərimizin səyinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib.

BAKI, 16 aprel — Sputnik. Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

625
Teqlər:
mina, Azərbaycan Ordusu, şəhid, işğaldan azad edilmiş ərazilər, Qarabağ
Pulun sayması, arxiv şəkli

Azərbaycanda ümumi daxili məhsul istehsalı azalıb

0
(Yenilənib 14:58 16.04.2021)
ÜDM istehsalının 40,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatının payına düşüb.

BAKI, 16 aprel — Sputnik. 2021-ci ilin yanvar-mart aylarında ölkədə 18 921,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,1 faiz artıb.

ÜDM istehsalının 40,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1891,1 manata bərabər olub.

0
Teqlər:
Azərbaycan, ÜDM