Təmas xəttində səncər, arxiv şəkli

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

16
(Yenilənib 11:59 07.09.2017)
Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizə atəş açıb

BAKI, 7 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

16
Teqlər:
müxtəlif istiqamətlər, bölmə, Ermənistan, cəbhə, silahlı qüvvələr
Əlaqədar
On beş yaşlı oğlan məktəbi atəşə tutub
Atəşkəs pozulması halları davam edir
Ermənistan atəşkəsi pozmaqda davam edir
Mövqelərimiz bir neçə istiqamətdən atəşə tutulub
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
Ordumuzun mövqeləri atəşə tutulub
Atəşkəsin pozulması intensivliyi artıb
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

29
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

29
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu, arxiv şəkli

Həm bayramlaşdılar, həm Ermənistana qarşı zəruri addımları müzakirə etdilər

20
(Yenilənib 23:07 29.10.2020)
Nazirlər Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğunu bildiriblər.

BAKI, 29 oktyabr - Sputnik. Bu ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb və qardaş Türkiyəyə davamlı sülh, əminamanlıq və firəvanlıq arzulayıb.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğu və bu cinayətlərə görə cavabdeh olan şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi Nazirlər tərəfindən vurğulanıb.

20
Əlaqədar
Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng edib
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0