QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi: Bu cür primitiv saxtakarlığı şərh etmirik

© Sputnik / StringerMüdafiə Nazirliyi
Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
MN: Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər

BAKI, 2 sentyabr — Sputnik. Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər.

Bununla bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən açıqlama verilib: "Ermənistan KİV-lərində yayılmış növbəti uydurmadan da xəbərdarıq. Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".

Xəbər lenti
0