BMT-nin baş ofisi

Ərazilərimizin işğalı faktı BMT-də müzakirə olunacaq

50
(Yenilənib 13:30 21.08.2017)
"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsi BMT-nin 72-ci sessiyasının gündəliyinə daxil edilib

BAKI, 21 avqust — Sputnik. "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri BMT Baş Assambleyasının 72-ci sessiyasının ilkin gündəliyinə daxil edilib. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyası zamanı müzakirə olunmadığından, qarşıdakı sessiyanın gündəliyinə müvafiq olaraq 40 və 36-cı bəndlər altında daxil edilib.

Bu sessiyanın gündəliyinə ümumilikdə 171 bənd, o cümlədən, sülh və təhlükəsizlik, Afrikanın inkişafı, silahsızlaşdırma, narkotiklərin yayılmasına nəzarət, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər üzrə bəndlər daxildir. BMT Baş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək. Ənənəvi ümumi müzakirələr sentyabrın 19-dan 25-dək baş tutacaq.

Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-Yorkda Baş Assambleyanın sessiyasının açılışı zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş keçirməyi planlaşdırır.

Ümumiyyətlə, Baş Assambleya BMT-nin baş müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunmalıdır. Digər məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər il sentyabr ayından dekabra qədər Assambleya sessiyası intensiv işləyir, sonradan Assambleya ehtiyac duyulduğu təqdirdə iclaslarını keçirir.

Xatırladaq ki, daha əvvəl BMT Baş Assambleyasının qarşıdakı sessiyasının sədri kimi yekdilliklə slovak siyasətçi və diplomat Miroslav Layçak seçilib və o, BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı altı prioritet istiqaməti müəyyənləşdirib: münaqişələrin qarşısının alınması, miqrasiya, insan hüquqlarının qorunması, davamlı inkişaf, iqlim dəyişikliyi və bərabərliyin təmin olunması.

50
Teqlər:
vəziyyət, ərazi, Baş Assambleya, BMT, Azərbaycan, işğal
Əlaqədar
"Azərbaycanın İsraillə yaxşı əlaqələri olsa da, işğala göz yuma bilmərik"
Ermənistanın işğalçılıq siyasətinə dair ictimai forum olacaq
Laçının işğalından 25 il keçir
Şuşanın işğalından 25 il keçir
Azərbaycan Prezidenti İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Ermənistanın bu hökuməti ilə sülhlə nizamlanma perspektivi çox uzaqdır"

17
"Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir".

BAKI, 22 oktyabr — Sputnik. "İndi yerdə vəziyyət dəyişib. Status-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalı və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir".

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona nəzərdə tutulan səfəri və bu səfərdən gözləntilər barədə suala cavabında səsləndirib.

"Əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi?" sualını cavablandıran dövlət başçısı deyib: "Əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir".

Prezident İlham Əliyev qeyd edib ki, danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri "Qarabağ Ermənistandır" bəyan edəndə, Azərbaycanın qondarma "Dağlıq Qarabağ hökuməti" ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır.

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qızıl külçələrinin əridilməsi, arxiv şəkli

"AzerGold" əlvan metalların qeyri-qanuni hasilatına görə Ermənistana qarşı addımlar atır

12
Layihənin hazırlıq mərhələsinə 2016-cı ildə başlanılıb, 2018-ci ildə hazırlıq mərhələsi üzrə toplanılan materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti işğal edilmiş ərazilərində əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq addımlar atır. Qeyd edim ki, layihənin hazırlıq mərhələsinə 2016-cı ildə başlanılıb, 2018-ci ildə hazırlıq mərhələsi üzrə toplanılan materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib".

Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev deyib. O bildirib ki, sözügedən materiallarda, işğal olunmuş ərazilərdə qızıl, gümüş, mis, molibden və digər əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olan şəxslər və şirkətlər barədə ictimai açıq mənbələrdən toplanılmış məlumatlar əks edilib: "2019-2020-ci illərdə layihənin beynəlxalq komponentinin icrasını təmin etmək məqsədilə, layihənin icrasına nüfuzlu beynəlxalq hüquq şirkəti və bir sıra yerli ekspertlər cəlb olunub. Bu dövr ərzində qızıl da daxil olmaqla əlvan metalların qeyri-qanuni hasilatı və ticarətinin qarşısının alınması, habelə bu cür fəaliyyətin beynəlxalq müstəvidə hüquqi qiymət alması üzrə zəruri addımları əks etdirən Strategiya sənədi hazırlanıb. Bu strategiyanın icrası işğal altında olan əlvan metal yataqları üzrə konkret hüquqi tədbirlərin görüləcəyinə və nəticələrin əldə ediləcəyinə inanırıq”.

12
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, arxiv şəkli

Prezident: "Mehriban Əliyevanı inandırmaq üçün çoxlu vaxtım getdi"

0
"Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o, istəmirdi".

BAKI, 22 oktyabr — Sputnik. "Mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei" qəzetinə müsahibədə deyib.

Prezident İlham Əliyev bildirib ki, Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir: "Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır".

Dövlət başçısı Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsini tutmaq istəmədiyini də qeyd edib: "Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevinclə qarşılamamışdır. Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o, istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir".

0