QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəhid zabitimiz doğma rayonunda torpağa tapşırılacaq

© Sputnik / Ramil IbrahimovŞəhidin dəfni
Şəhidin dəfni - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün 24 yaşlı leytenant, şəhid Hüseyn Zakir oğlu Əkbərlinin cənazəsi bu gün doğulduğu Cəlilabad rayonuna gətiriləcək

BAKI, 30 iyul — Sputnik. Cəlilabadlı şəhid zabitimiz doğulduğu kənddə torpağa tapşırılacaq.

“Report” xəbər verir ki, bu gün 24 yaşlı leytenant, şəhid Hüseyn Zakir oğlu Əkbərlinin cənazəsi bu gün doğulduğu Cəlilabad rayonuna gətiriləcək.

Qeyd edək ki, iyulun 29-dan 30-na keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq, Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Düşmən atəşinin qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü, leytenant Hüseyn Zakir oğlu Əkbərli şəhid olub.

Allah rəhmət eləsin!

Xəbər lenti
0