Müdafiə Nazirliyi

"Əhalinin təhlükəsizliyi üçün Silahlı Qüvvələrimiz lazımı tədbirlər görəcək"

3938
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb

BAKI, 26 iyul — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb. Sputnik Azərbaycan həmin bəyanatın mətnini olduğu kimi təqdim edir:

"Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər də qəsdən və sistematik şəkildə Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınır.

Bütün beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılan Ermənistanın bu kimi qəddar əməllərinin nəticəsində 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kəndində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması hər kəsə bəllidir. 25 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən döyüş təyinatlı pilotsuz uçuş aparatından istifadə edilib və əldə hazırlanmış yandırıcı-partlayıcı və metal elementlərlə doldurulmuş mərmilər silahlı qüvvələrimizin mövqelərinə atılıb.

Ermənistanın iyun və iyul aylarında daha da intensivləşən bu təxribatları sıradan olan adi hallar olmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri, münaqişənin həlli üzrə görüşlər və Azərbaycan, ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət tərəfindən səsləndirilən substantiv danışıqlara ciddi çağırışlar fonunda sistematik şəkildə və qəsdən törədilir. Həmçinin, Ermənistanın bu kimi çirkin niyyətli əməlləri siyasi təhrikçi addımlarla müşayiət olunur.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin saxta "parlamenti"ndə 19 iyul tarixində beynəlxalq ictimaiyyət tərəfindən rədd edilən "prezident" seçkisinin keçirilməsi bunun əyani sübutudur.

Beləliklə, hadisələrin inkişaf xronikası bir daha onu sübut edir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə münaqişənin ciddi danışıqlar yolu ilə həlli istiqamətində səyləri artırdığı halda, Ermənistan danışıqlar prosesini pozmaq, işğala əsaslanan status-kvonu saxlamaq və qəsdən vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlara əl atır. Ermənistanın bu əməlləri əvvəllər olduğu kimi, amma daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Əks təqdirdə, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atacaqdır.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı müharibə və Azərbaycan ərazilərinin işğalının bu günədək davam etdirməsi nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması mütləq şəkildə labüddür.

Ermənistanın təbliğat maşınının yalançı səylərinə baxmayaraq təkzibolunmaz faktlar onu göstərir ki, məhz Ermənistan və onun silahlı qüvvələri Azərbaycana qarşı təcavüz edib, onun ərazilərini işğal edib və əhalisinə qarşı etnik təmizləmə törədib. Ermənistanın təxribatlarının qarşısını almaq və qoşunların təmas xətti boyunca Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcəkdir.

Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".

3938
Teqlər:
atəş, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Azərbaycan Respublikası, Ermənistan, bəyanat
Əlaqədar
ABŞ-dan Ermənistana absurd maliyyə yardımı
Ermənistan terrorçulardan ibarət "ordu" yaradır
Ermənistanda hərbçinin asılmış vəziyyətdə meyiti tapılıb
Ermənistan atəşkəs rejimini 149 dəfə pozub
Ermənistan atəşkəs anlaşmasına belə əməl edir
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

22
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

22
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"
Yəhudilər, arxiv şəkli

Azərbaycanın yəhudi icması dünya yəhudilərinə müraciət etdi: Azərbaycanın yanında dayanın!

20
(Yenilənib 23:09 22.10.2020)
Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunması üçün Etmənistana təsir etmək istiqamətində mümkün olan hər şeyi edin

BAKI, 22 oktyabr - Sputnik. Azərbaycandakı yəhudi cəmiyyətləri dünya yəhudilərinə və yəhudi təşkilatlarına müraciət ünvanlayıb.

Yəhudi icmasından Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan zəngin tarixə mədəniyyətə və multikultural dəyərlərə malik bir ölkədir. Bu ölkədə qanunlara riayyət edən hər kəs milliyyətindən, irqindən asılı olmayaraq sülh və təhlükəsizlikdə yaşayır. Biz, Azərbaycan yəhudiləri burada təxminən 2000 ildir ki, sülh və təhlükəsiz şəraitdə yaşayırıq. Tam əminliklə deyə bilərik ki, azərbaycanlılar çox sülhsevər, dinc, tolerant və muktikultural dəyərlərə çox sadiq insanlardır. Azərbaycanda sinaqoqlar, yəhudi məktəbləri və bağçaları fəaliyyət göstərir. Bizim ölkədə müxtəlif xalqların nümayəndələri dostluq və həmrəylik içərisində yaşayır. Azərbaycan dövləti etnik azlıqlar da daxil olmaqla öz vətəndaşlarına qarşı çox tolerant və qayğıkeşdir.

Lakin biz qeyd etməliyik ki, artıq 30 ilə yaxındır ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların arasında düşmənçilik toxumu səpməyə cəhd edib, lakin bu əməlindən faydalana bilməyib. Müharibə zonasında verdiyimiz şəhidlərimizlə yanaşı  Ermənistan hökumətinin mülki əhaliyə qarşı törətdiyi cinayətlər və təxribatlar bizim birliyimizin bağlarını və aramızdakı qardaşlığı daha da gücləndirib. 

Biz çox təəssüflə qeyd edirik ki Ermənistan hökumətinin bizim mülki və hərbi infrastrukturlarımıza qarşı və həmçinin Azərbaycan vətəndaşlarına qarşı davamlı təxribatlar törətməkdən əl çəkmək niyyətində olmadığı aşkardır.  Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozdu və təmas xəttində yerləşən azərbaycanlı mülki əhalinin yaşadığı əraziləri iriçaplı silahlardan və artilleriya qurğularından intensiv şəkildə atəşə tutdu. Buna cavab olaraq  Azərbaycan ordusunun bu günə qədər davam edən uğurlu əks hücumu nəticəsində Azərbaycan ordusu Ermənistanın işğalı altında olan ərazilərinin nəzərəçarpacaq bir qismini azad edib.

Hərbi uğursuzluqlarını həzm edə bilməyən Ermənistan silahlı qüvvələri münaqişə zonasından kilometrlərlə uzaq olan Azərbaycan şəhərlərinə raket zərbələri endirdi. Burada xüsusilə Gəncə şəhəri qeyd olunmalıdır, Gəncədə bu gün böyük Yəhudi icması yaşayır. İki dəfə raket hücumuna məruz qalan Gəncədə çox sayda mülki şəxslər həlak oldular.  Bütün bunlara rəğmən biz bəzi Yəhudi  təşkilatlarının bu gün də humanitar hüququ pozaraq regionda sülh və sabitliyi gözardı edən təcavüzkar ölkə Ermənistanla bağlı doğru məlumatlara sahib olmamaqla əlaqəli xəbərlərdən çox məyusuq və bu bizi çox narahat edir. Azərbaycanda yaşayan Yəhudi icmaları olaraq biz əziz soydaşlarımız sizə müraciət edirik.

Dünya ictimaiyyətini yanıltmağa yönəlmiş yanlış məlumatlandırma da daxil olmaqla təcavüzkar Ermənistanın təxribatlarına inanmayın, dost Azərbaycan xalqının və hökumətinin ədalətli mübarizəsində onların yanında dayanın və Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunması üçün Etmənistana təsir etmək istiqamətində mümkün olan hər şeyi edin".

Qeyd edək ki, müraciəti Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Azərbaycan Aşkenazi Yəhudi İcmasının sədri Aleksandr Şarovski, Azərbaycanın Gürcü Yəhudi İcmasının sədr müavini Rabbi Zamir İsayev və Azərbaycanda Amerika Yəhudi Təşkilatının "Vaad L'hatzolas Nidchei Yisroel" direktoru Rabbi Şmuel Siman Tov imzalayıb.

20
Əlaqədar
Yəhudiləri niyə sevməliyik?
Yəhudilər Qarabağda Azərbaycanın qələbəsi üçün dua etdilər
Yəhudilər Azərbaycana təşəkkür etdilər
Azərbaycanlı çobanın eşqinə yəhudilər heyran oldular