ATƏT PA, arxiv şəkli

Beynəlxalq qurum ATƏT-in Minsk Qrupunu fəal olmağa çağırdı

78
(Yenilənib 21:49 09.07.2017)
ATƏT PA Minsk qrupu həmsədrlərini Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırıb

BAKI, 9 iyul — Sputnik. Bu gün Minskdə öz işini başa çatdıran ATƏT PA-nın 26-ci illik sessiyasının yekun sənədi qəbul olunub.

"Report" xəbər verir ki, sənədin mətnində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də öz əksini tapıb.

Belə ki, ATƏT PA-nın deputatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində irəliləyiş olmamasından dərin təəssüflərini bildiriblər və tərəfləri münaqişənin təcili mümkün dayanıqlı həll yolunu tapmaq üçün dərhal əyani danışıqlara başlamağa çağırıblar.

ATƏT PA yekun sənədində, həmçinin Minsk qrupu həmsədrlərini qətiyyətlə Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırıb.

78
Nikol Paşinyan, arxiv şəkli

Rəsmi Bakı: Paşinyan baş nazir olduqdan sonra otuz dəfə təxribat törədib

19
(Yenilənib 16:40 24.09.2020)
Ermənistan "yeni ərazilər üçün yeni müharibə" konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib.

BAKI, 24 sentyabr — Sputnik. "Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurub və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarıb. Təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikedici bəyanatlar, hərbi və digər təxribatlar Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzə hazırlaşdığını göstərir".

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Beynəlxalq ictimaiyyətin mümkün bütün gözləntilərini puça çıxararaq, Ermənistan rəhbərliyi hakimiyyətə gəldiyi ilk gündən etibarən özünün sələflərinin ilhaqçı siyasətini təkrarlamaq seçimini etmişdir. Ermənistan ictimai şəkildə ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə illərdən bəri aparılan danışıqlar prosesinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan məntiqi və anlayışından imtina etdiyini bəyan etmiş və beləliklə danışıqlara zərbə vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr tarixində verdiyi müsahibəsində bildirdiyi kimi Ermənistanın "cəfəng bəyanatları və təxribat xarakterli addımları danışıqları mənasız edir".

Əksinə, Paşinyanın rəbərliyi altında Ermənistan "yeni ərazilər üçün yeni müharibə" konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmişdir. Yaxın Şərq bölgəsindən etnik ermənilərin işğal edilmiş ərazilərə qanunsuz köçürülməsi də daxil olmaqla, Azərbaycanın işğal edilmiş ərazilərində intensivləşən və genişlənən qanunsuz fəaliyyətləri ilə birlikdə Ermənistanın hazırkı rəhbərliyi birmənalı şəkildə sübut edir ki, bu ölkə ilhaqçı siyasət yürüdür və ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlardan bu məqsədlə sui-istifadə edir.

Ermənistanın təcavüzkar davranışı iyul ayının 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində məqsədyönlü təcavüz aktı ilə kulminasiya nöqtəsinə çatmışdır. Bu silahlı hücum təsadüfi bir hərbi insident olmayıb, Ermənistanın Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiqinin növbəti açıq təzahürüdür və Azərbaycanın yeni ərazilərini zəbt etmək məqsədi güdmüşdür.

Bu "sınaq" hücumunda uğursuzluğa uğrayan, lakin, yenə də növbəti təcavüz aktına hazırlıq görən Ermənistan külli miqdarda silah və sursat tədarük etmiş və öz qüvvələrini təmas xətti boyunca cəmləşdirmişdir. Azərbaycanın vacib mülki infrastrukturu və böyük yaşayış məntəqələrinə hərbi zərbə endirmək barəsində təhdidlər Ermənistanın Azərbaycan ərazisinin dərinliyində intensivləşmiş hərbi kəşfiyyat və diversiya hərəkətləri ilə müşayiət olunur. Buna paralel olaraq, Ermənistan Azərbaycana qarşı hərbi fəaliyyət göstərmək üçün istifadə ediləcək on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələrin yaradıldığını elan edib.

Ermənistanın yeni hərbi hücuma hazırlığı kontekstində Azərbaycan beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanı sağlam düşüncəyə gətirməyə və bu ölkəni yeni təcavüzdən çəkinməyə məcbur etməyə çağırır.

Ermənistanın rəhbərliyi təxribatçı bəyanatlarını geri götürməli, sabitliyi pozan bütün fəaliyyətlərini dayandırmalı və münaqişənin parametrləri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərar və sənədləri ilə artıq müəyyən edilmiş siyasi həllinə nail olmağa dair öhdəliklərinə vicdanla əməl etməlidir. Bu baş verməyənədək Ermənistan rəsmilərinin guya bu ölkənin danışıqlara hazır olduğuna dair bəyanatları nə Azərbaycanı nə də beynəlxalq ictimaiyyəti aldada bilməz.

Prezident cənab İlham Əliyevin BMT-nin 75 illik yubileyinə həsr edilmiş yüksək səviyyəli tədbirdə bildirdiyi kimi, sülhə nail olmaq üçün yalnız bir yol mövcuddur: Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt kompromis predmeti olmamışdır və heç vaxt olmayacaq", - XİN-dən bildirilib.

Nikol Paşinyanın 8 may 2018-ci il tarixində Ermənistanın Baş naziri seçilməsindən bu günədək həyata keçirdiyi təxribatçı fəaliyyətini bu linkdəki cədvəldən izləyə bilərsiniz. 

https://www.mfa.gov.az/az/news/6865/view

19
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan üçün ən böyük təhlükə Paşinyan hakimiyyətinin siyasətidir"
Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"
İlham Əliyev: "Paşinyan Soros rejiminin məhsuludur"
Əliyev Paşinyan haqda: Biz şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək
Politoloq Əhməd Əlili

Politoloq: “Moskva Bakı çalışır ki, region silah anbarına çevrilməsin”

62
(Yenilənib 10:16 24.09.2020)
Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili deyir ki, təhlükəsizliyin qorunması və təmin edilməsi üçün iki ölkə arasında qarşılıqlı yardımlaşma və koordinasiyalı fəaliyyət daim yüksək səviyyədə olub
Əhməd Əlili: “Regional təhlükəsizlik hər iki ölkə üçün xüsusi önəm kəsb edir”

“Çox şadıq ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər bütün istiqamətlərdə inkişaf edir”. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Rusiyanı bir çox məqamlar birləşdirir:

“Regional təhlükəsizlik məsələləri hər iki ölkə üçün xüsusi önəm kəsb edir. Təhlükəsizliyin qorunması və təmin edilməsi üçün iki ölkə arasında qarşılıqlı yardımlaşma və koordinasiyalı fəaliyyət daim yüksək səviyyədə olub. Bu baxımdan son səfər baş verənləri aydınlaşdırmaq üçn çox vacibdir. Moskva və Bakı çalışır ki, region silah anbarına çevrilməsin”.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

62
Döşəmədə kişi meyiti, arxiv şəkli

Məşhur prokurorun qaynını yaşadığı evdə qətlə yetiriblər

0
(Yenilənib 19:09 24.09.2020)
Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynı yaşadığı evdə - Bakının Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57A ünvanında qətlə yetirilib.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın paytaxtında növbəti qanlı cinayət baş verib.

Sputnik Azərbaycan-a Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tahir Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.

0