QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İran azərbaycanlıları Zəhranın öldürməsi əleyhinə kampaniya başladıb

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidБашня Азади, построенная на одноименной площади в Тегеране.
Башня Азади, построенная на одноименной площади в Тегеране. - Sputnik Azərbaycan
Abunə olmaq
Kampaniya başladıqdan sonra 72 saat ərzində 20161 nəfər bu kampaniyaya qoşularaq ermənilərin cinayətini pisləyib

BAKI, 9 iyul — Sputnik. İranda Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva və mülki şəxslərə qarşı törədilmiş cinayətləri pisləmək məqsədi ilə kampaniya başladılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hər kəsin yalnız 1 imza vermək haqqının olduğu bu kampaniya "Yolpress" mətbu orqanı tərəfindən "Telegram" proqramında başladılıb.

Символ Государственного департамента США в зале для брифингов. Архивное фото - Sputnik Azərbaycan
QARABAĞ
Dövlət Departamenti də Zəhranın ölümünə münasibət bildirdi

Kampaniya başladıqdan sonra 72 saat ərzində 20161 nəfər bu kampaniyaya qoşularaq ermənilərin cinayətini pisləyib. "Yolpress" elan edib ki bu addımı siyasi, irq və coğrafiya bölgüləri nəzərə almadan atılıb və gələcəkdə də oxşar cinayətlər törədilərsə, pislənəcək:

"Məqsədimiz uşaqların öldürülməsini pisləməkdir. Biz imzaları topladıqdan sonra tezliklə onları ölkənin siyasi və diplomatik rəsmilərinə təqdim edəcəyik".

Redaksiyası Urmiya şəhərində yerləşən "Yolpress" Azərbaycan və fars dilində yayımlanan mətbu orqandır. Əsasən şərqi və qərbi Azərbaycan əyaləti və bölgə xəbərlərini işıqlandırır.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri — 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Xəbər lenti
0