Азербайджанский солдат на освобожденном от оккупации возвышенности Леле Тепе

Atəşkəs rejimi yenə pozulub

57
Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 9 iyul — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 120 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 109 dəfə pozub.

Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

57
Teqlər:
Atəşkəsin pozulması, Ermənistan Silahlı Qüvvələri, Cəbrayıl rayonu, Füzuli rayonu, Ağdam rayonu, Gədəbəy rayonu
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Luici Di Maio ilə Qarabağı müzakirə etdi

5
(Yenilənib 11:05 27.11.2020)
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

5
Teqlər:
müzakirə, nazir, İtaliya, Ceyhun Bayramov, Azərbaycan XİN
Etibar Əsədli, arxiv şəkli

Məşhur azərbaycanlı Qarabağ müharibəsinin nəğməkar şəhidinə layihə həsr etdi

15
(Yenilənib 01:24 27.11.2020)
Fransada yaşayan Etibar Əsədli Azərbaycan ərazilərinin işğaldan azad edilməsi zamanı həlak olmuş Xudayar Yusifzadənin ifasını musiqi ilə müşayiət edib.

 

BAKI, 27 noyabr — Sputnik, Kəmalə Əliyeva. Sputnik Azərbaycan xəbər verir ki, məşhur azərbaycanlı caz ifaçısı Etibar Əsədli II Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə həlak olmuş şəhid Xudayar Yusifzadəyə layihə həsr edib.

Əsədli vətəndən uzaqda olmasına baxmayaraq, ruhən daim Azərbaycanın yanında olduğunu bildirib.

"İnternetdə sonradan şəhid olmuş Xudayar Yusifzadənin məşhur Azərbaycan mahnısını ifa etdiyi videonu görəndə onun xatirəsini əbədiləşdirmək üçün bir şey etmək qərarına gəldim. Mükəmməl səsə sahib idi. Çox təəssüf ki, bir daha onun səsini eşitməyəcəyik. Məhz bu video Xudayarın sonuncu ifası oldu", – deyə Əsədli bildirib.

Əsədli şəhidin ifasına musiqi müşayiəti yazaraq hazırladığı videonu öz YouTube kanalında paylaşıb.

Qeyd edək ki, Etibar Əsədli Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının, eləcə də Didye Lokvud adına Caz Məktəbinin məzunudur. O, Asadli Pro adlı prodüser studiyasını yaradıb. Eyni zamanda, 2018-ci ildə Bakıda BMA və Azərbaycan Milli Konservatoriyasının birgə keçirdiyi "Eksperiment" təhsil layihəsinin müəllifi və ifaçısıdır. Bakıda və Fransada keçirilən bir çox caz festivallarında iştirak edib.

Hazırda Parisdə yaşayır.

15
COVİD-19 xəstənin transpartirovkası, arxiv şəkli

Ermənistanda bir gündə 22 nəfər koronavirusdan öldü

0
Ermənistanda son gündə daha 22 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2090-a çatıb. Xəstəlikdən sağalanların sayı 105149 nəfər olub.

BAKI, 27 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 132346-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1476 nəfər artıb.

Ermənistanda son gündə daha 22 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2090-a çatıb. Xəstəlikdən sağalanların sayı 105149 nəfər olub. Hazırda bu ölkədə 24580 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 61 milyonu keçib, 1,43 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0