Dövlət Departamenti

Dövlət Departamenti Zəhranın ölümünə münasibət bildirdi

34
(Yenilənib 11:37 07.07.2017)
ABŞ Dövlət Departamenti: "Dinc sakinlərin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlıq keçiririk"

BAKI, 7 iyul — Sputnik. ABŞ Dağlıq Qarabağ regionundakı dinc insanların, eləcə də iki yaşlı uşağın həlak olması ilə nəticələnən gərginlikdən narahatlığının ifadə edib. Sputnik Azərbaycan ABŞ Dövlət Departamentinin saytına istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauer (Heather Nauert) keçirdiyi brifinqdə danışıb.

"Amerika Birləşmiş Ştatları əvvəlki kimi, bu ayın 4-ü Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində dinc sakinlərin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlıq keçirir. Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz bu qurbanların ailələrinə dərin hüznlə başsağlığımızı bildirmək istəyirik" – deyə Nauer bildiirb.

O, qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə bölgədəki hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar prosesini bərpa etməyə çağırır: "Bizim bu region üzrə siyasətimiz aydındır: Münaqişə gücdən istifadə etməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə sadiq beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə həll oluna bilər".

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayon Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəfə alaraq qəsdən 80 və 102 millimetrlik minaatanlardan, həmçinin dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

34
Teqlər:
Heather Nauert, Hizer Nauer, Dövlət Departamenti, Dağlıq Qarabağ, Azərbaycan, ABŞ
Əlaqədar
ABŞ səfirliyi Zəhra Quliyevanın qətlinə reaksiya verdi
Mehriban Əliyeva balaca Zəhranın ölümünə münasibət bildirdi
"Ermənistanın təxribatı danışıqlar prosesinin pozulmasına hesablanıb"
Türkiyədən erməni təxribatına sərt reaksiya