İki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi

İki yaşlı qızını torpağa tapşıran ata: "Silaha sarılmaq istəyirəm"

5299
(Yenilənib 18:11 05.07.2017)
"Azərbaycan dövləti bu qəddarlığı cavabsız qoymayacaq"

Ramil İbrahimov Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Ötən gün təmas xətti yaxınlığında yerləşən Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulması nəticəsində dünyasını dəyişən, 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva bu gün kənd qəbiristanlığında dəf olunub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində Quliyevlər ailəsinin yaxınları ilə yanaşı, rayon rəhbərliyi və yüzlərlə Füzuli sakini iştirak edib.

Zəhranın atası Elnur Quliyev
© Sputnik / Ramil İbrahimov
Zəhranın atası Elnur Quliyev

Övladını torpağa tapşıran Elnur Quliyev tək arzusunun körpə qızının qanının yerdə qalmaması olduğunu, bunun üçün özünün də silaha sarılmaq istədiyini deyib. Dəfndə iştirak edən rayon rəsmiləri Ermənistan tərəfinin dinc əhaliyə qarşı törətdiyi bu qəddarlığı Azərbaycan dövlətinin cavabsız qoymayacağını, beynəlxalq qurumların da buna ədalətli qiymət verməsinin lazım gəldiyini deyiblər.

  • İki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi
    İki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi
    © Sputnik / Ramil İbrahimov
  • Sahibə Quliyevanın dəfn mərasimi
    Sahibə Quliyevanın dəfn mərasimi
    © Sputnik / Ramil İbrahimov
  • Sahibə Quliyevanın dəfni
    Sahibə Quliyevanın dəfni
    © Sputnik / Ramil İbrahimov
1 / 3
© Sputnik / Ramil İbrahimov
İki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi

Artıq insidentin baş verdiyi əraziyə ATƏT və BQXK-nin əməkdaşları da baş çəkiblər. Xatırladaq ki, Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyeva, ötən gün düşmən tərəfin artilleriya silahlarından atdığı mərmilərdən birinin həyətyanı sahədə partlaması nəticəsində həlak olublar. Qəlpə yarası alan 52 yaşlı Sərfinaz Quliyeva isə hospitala yerləşdirilib.

5299
Teqlər:
Alxanlı kəndi, Füzuli rayonu, təmas xətti, ATƏT, Ermənistan, təxribat
Mövzu:
Atəşkəsin pozulması nəticəsində mülki vətəndaşlarımızın qətli (17)
Əlaqədar
Azərbaycandan ATƏT Parlament Assambleyasına çağırış
Türkiyədən erməni təxribatına sərt reaksiya
Müdafiə Nazirliyi Alxanlı hadisəsinin təfərrüatlarını açıqladı
"Müharibə ehtimalı getdikcə artır"
Düşmən təxribatı davam etdirir