Azərbaycan XİN

Rəsmi Bakı Rusiyanın iddiasını cavablandırıb

3389
(Yenilənib 14:30 05.07.2017)
Azərbaycan XİN: Rusiyadan olan həmsədr üzərinə düşən öhdəlikdən çıxış edərək münaqişənin həlli üçün səylərini artırmalıdır

BAKI, 5 iyul — Sputnik. "Azərbaycanla Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişi və strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan multikultural ənənələri ilə fəxr edir. Bu, dünya üçün nümunədir. Amma təəssüf ki, Azərbaycan erməni işğalından əziyyət çəkir".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana gələrkən hava limanında gözlədilməsi və geri göndərilməsi barədə Rusiya XİN-in bəyanatını şərh edərkən deyib. O bildirib ki, bu barədə Rusiya tərəfinə məlumat verilir.

"Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində qanlı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu siyasət Ermənistan ərazisində də aparılıb. Təəssüf ki, milliyyətcə erməni olan bəzi şəxslər etnik zəmində təfriqə aparırlar. Bu səbəbdən biz bu kimi tədbirlər həyata keçiririk" — XİN sözçüsü vurğulayıb.

Hacıyevin sözlərinə Rusiyadan olan həmsədr, o cümlədən digər həmsədrlər üzərilərinə düşən öhdəlikdən çıxış edərək münaqişənin həlli üçün səylərini artırmalıdır: "Ermənistan silahlı qüvvələri işğal altındakı ərazilərimizdən çıxarılmalıdır. Regionda sülh, hərtərəfli gediş-gəliş və sivil münasibətlər təmin olunmalıdır".

Qeyd edək ki, Rusiya XİN Azərbaycana gələn Rusiya vətəndaşlığına malik ermənilərin etnik mənşəyinə görə diskriminasiyaya məruz qaldığını iddia edib.

3389
Teqlər:
XİN, Ermənistan, Rusiya, Azərbaycan, işğal, erməni
Əlaqədar
"Müharibə ehtimalı getdikcə artır"
Cəbhədə baş vermiş dəhşətli olayla bağlı cinayət işi açılıb
Müdafiə Nazirliyi erməni tərəfinin iddiasını təkzib etdi
Düşmən təxribatı davam etdirir
Erməni təxribatı nəticəsində həlak olan həmvətənlərimiz bu gün dəfn olunur