Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi erməni tərəfinin iddiasını təkzib etdi

1016
"Ermənistan tərəfinin bu məlumatı, onların mülki əhalini atəşə tutduqlarından sonra əl atdıqları təxribat, dezinformasiya və saxtakarlıqdan başqa bir şey deyil"

BAKI, 5 iyul — Sputnik. Ermənistan tərəfinin, guya bölmələrimiz tərəfindən TR-107 yaylım atəşli reaktiv sistemlərindən istifadə olunması barədə yaydığı məlumata Azərbaycan Müdafiə Nazirliyi (MN) münasibət bildirib. Sputnik Azərbaycan xəbər verir ki, MN-in mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı iddianı təkzib edib.

"Ermənistan tərəfinin bu məlumatı, onların mülki əhalini atəşə tutduqlarından sonra əl atdıqları təxribat, dezinformasiya və saxtakarlıqdan başqa bir şey deyil" — deyə Dərgahlı bildirib.

"Real fakt ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri mülki əhalini atəşə tutub və nəticədə bir qadın və bir körpə uşaq həlak olub" — deyən nazirlik sözçüsü bir daha qeyd edib ki, Azərbaycan tərəfi TR-107 yaylım atəşli reaktiv sistemlərindən istifadə etməyib.

1016
Teqlər:
MN, Müdafiə Nazirliyi, Ermənistan, Azərbaycan
Mövzu:
Atəşkəsin pozulması nəticəsində mülki vətəndaşlarımızın qətli (17)
Əlaqədar
Düşmən təxribatı davam etdirir
Erməni təxribatı nəticəsində həlak olan həmvətənlərimiz bu gün dəfn olunur
MN: Erməni silahlı bölmələrinin təxribatı nəticəsində qadın və 2 yaşlı uşaq həlak olub
Ermənistan ordusu Tovuz istiqamətində təxribata əl atıb
Erməni tərəfinin təxribatı kənd sakininə ciddi ziyan vurdu
İlham Əliyevdən cəbhədə təxribat açıqlaması
Böyük təxribat: Ermənilər Mil-Muğan Hidroqovşağını partlatmağa cəhd ediblər
Ağdamda Cümə məscidi, arxiv şəkli

Xalq artisti Ağdamda azan səsləndirib - VİDEO

5
(Yenilənib 14:14 26.11.2020)
Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər

BAKI, 26 noyabr — Sputnik. Əslən Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov öz doğma torpağına səfər edib. Ağdam məscidini ziyarət edən Xalq artisti orada azan səsləndirib.

Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər.

5
Teqlər:
Cümə məscidi, Mənsum İbrahimov, xalq artisti, azan, Ağdam
Azərbaycan Milli Məclisinin binası

Milli Məclis Fransa Senatına etiraz bəyanatı qəbul etdi: MÜDDƏALAR

117
Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Milli Məclis noyabrın 25-də Fransa Senatının Fransa hökumətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatı deputat Cavanşir Feyziyev təqdim edib.

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib.

Azərbaycan parlamentinin bəyanatında qətnamə pislənilir və qeyd edilir ki, bu sənəd beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan Milli Məclisi Azərbaycan Hökumətinə aşağıdakılar ilə bağlı çağırış edir.

- Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin.

- Azərbaycan ilə Fransa arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın.

- Azərbaycan ilə Fransa arasında mövcud iqtisadi əlaqələr dərindən təhlil edilərək müvafiq tədbirlər görülsün. 

Xatırladaq ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

117
Teqlər:
bəyanat, etiraz, qətnamə, Senat, Fransa, Milli Məclis
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə